TAP layihəsi Azərbaycan qazının İsveçrəyə ixracına imkan yaradır
Tarix: 02.07.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər Azərbaycanda energetika sahəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələrdən söz açmış, qazanılan uğurlar barədə onlara ətraflı məlumat verib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli ölkəyə çevrildiyini nəzərə çatdırmış, bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolunu qeyd edib.
ARDNŞ-in Avropada, xüsusilə İsveçrədəki biznes fəaliyyəti üzərində xüsusi dayanan R.Abdullayev 2008-ci ildən başlayaraq “AzeriLight” markalı xam neftin İsveçrəyə ixrac olunduğunu vurğulayıb. Hazırda Azərbaycandan 4 ölkəyə-Gürcüstan, Türkiyə, Rusiya və İrana təbii qaz nəql olunduğunu bildirən ARDNŞ prezidenti tezliklə “Şahdəniz” layihəsinin işlənilməsinin 2-ci fazası və digər layihələr çərçivəsində hasil olunan təbii qaz həcmlərinin artacağını söyləyib. Bu yaxınlarda İsveçrə hökumətinin də dəstəklədiyi “Trans-Adriatic Pipeline” (TAP) boru kəməri layihəsinin seçildiyini vurğulayan şirkət prezidenti Azərbaycan qazının Avropaya nəql olunmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. R.Abdullayev bildirib ki, bu marşrutun seçilməsi Azərbaycan qazının İsveçrəyə tədarükü üçün əlverişli imkan yaradır. ARDNŞ-in İsveçrədəki fəaliyyətindən ətraflı söz açan R. Abdullayev şirkətin bu ölkənin pərakəndə yanacaq satışı bazarına inamla daxil olduğunu vurğulayıb, iri şəhərlərdə “SOCAR” brendinə böyük maraq olduğunu, “Miqros” şirkəti ilə əməkdaşlığın yanacaq biznesinin uğurlu inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, SOCAR-ın Montrö caz festivalının baş sponsoru olduğunu söyləyib, şirkətin həyata keçirdiyi sosial layihələrdən danışıb. R.Abdullayev ARDNŞ-in investisiya layihələrinə verilən dəstəyə görə İsveçrə hökumətinə minnətdarlıq edib, qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib. Filippo Lombardi ARDNŞ-in İsveçrədə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb, “SOCAR Trading” şirkətinin qısa müddətdə bu ölkədə qazandığı uğurları yüksək qiymətləndirib. O qeyd edib ki, ARDNŞ-in investisiya layihələri Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrin inkişafına xidmət edir. Azərbaycan qazının Avropaya ixrac marşrutu kimi TAP boru kəmərinin seçilməsini yüksək qiymətləndirən qonaq həyata keçirdiyi layihələrin icrasında ARDNŞ-ə uğurlar arzulayıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info