“Milli şura” bizim hansısa rayon təşkilatına da alternativ ola bilməz”
Tarix: 03.07.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Rüstəm İbrahimbəyov ölkədə olmaya-olmaya namizədliyinin verilməsi qiyabi namizədlikdir”
“Milli Şura”nın prezidentliyə vahid namizəd kimi Rüstəm İbrahimbəyovu müəyyənləşdirməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycanda azad, ədalətli seçki mühiti var, istənilən Azərbaycan vətəndaşı qanunla müəyyən olunan şərtlərə cavab verən, yəni yaşı 35-dən yuxarı olan, 10 il Azərbaycanda yaşayan, ali təhsilli istənilən Azərbaycan vətəndaşı, istənilən partiya sədri öz namizədliyini verə bilər”.
Bu açıqlamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov verib. O qeyd edib ki, namizədini elan edən “milli şura”nın heç bir əhəmiyyəti olmadığı kimi, perspektivi də yoxdur: “Bizim üçün onsuz da onlardan kimin namizəd olmasının heç bir əhəmiyyəti yox idi. Çünki biz YAP olaraq onların heç birini özümüzə alternativ namizəd görmürük. “Milli şura” bizim hansısa rayon təşkilatına da alternativ ola bilməz. Çünki onlar ən azı intellektual cəhətdən heç YAP-ın hansısa rayon təşkilatına da çata bilmirlər”. S. Novruzov kinorejissor R. İbrahimbəyovun namizədlik məsələsinə də toxunub: “O ölkədə olmaya-olmaya namizədliyinin verilməsi qiyabi namizədlikdir. Necə ki, universitetlərdə qiyabi oxuyanlar, axşam şöbəsində oxuyanlar olur, o da elə formada, qiyabi şəkildə namizədliyini verdi. Əyani deyil”. YAP rəsmisi bu məsələyə görə hətta seçki kampaniyasının 3 əsas şərti olduğunu açıqlayıb: “Bu şərtlərdən biri zamandır. Bu yeganə resursdur ki, itsə, bərpa olunmur. İkincisi sosial baza - elektoratdır, üçüncüsü də seçki kampaniyasında təbliğat-təşviqatı həyata keçirmək üçün lazım olan maliyyə dəstəyidir. Bunları da əsas şərtləndirən amil namizədin özüdür. Bunlar şərtlərdən biri olan zamanı isə artıq itiriblər. Çünki seçkiyə bir il qabaq hazırlaşırlar. Amma bunlar qiyabi, şifahi bir namizəd formalaşdırıblar, onu da hələ tam başa çatdırmayıblar. Bundan başqa onların ətrafında sosial baza, elektorat yoxdur. Digər şərt olaraq da bunlar hələ gözləyirlər ki, kimsə maliyyə dəstəyi göstərəcək. Elə bunun hesabına ora yığışıblar. Amma bu maliyyə dəstəyi də hələlik ortada yoxdur. Namizədləri olsa-olsa ancaq bir rejissordur. O, nə ictimai-siyasi xadim, nə də dövlət adamıdır. Ancaq kinorejissor kimi tanınır və Azərbaycan xalqının da ancaq bir faiz səsini qazana bilər. Bütün bunlar da onu göstərir ki, bunlar əsl seçkiyə hazırlaşmırlar, ümumiyyətlə seçki işi ilə məşğul olmurlar”. S. Novruzov cəmiyyətdə mövcud olan “Rüstəm İbrahimbəyov siyasi kino çəkir” fikirlərinə də münasibət bildirib: “O, heç adi kinonu yaxşı çəkə bilmir, o ki qaldı siyasi kino çəksin. Onun işi baş aldatmadır. O, ətrafına yığışan siyasi partiyaları da pis vəziyyətə qoyacaq. Necə ki vaxtı ilə bir yerdə işlədiyi adamları pis vəziyyətə qoyub”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info