“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib
Tarix: 02.10.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin növbəti təlimi 29 sentyabr tarixində Şəmkir rayon İrmaşlı kəndində keçirilib. Hafta.az-ın xəbərinə görə, təlimdə “Şəmkir Qadın Resurs Mərkəzi” İctimai Birliyinin sədri Arzu Həsənova, "Loqos" psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Günel Paşayeva, Şəmkir rayon İrmaşlı kənd icra nümayəndəsi müavini Elşən Əlizadə, İrmaşlı kənd Vüqar Alırzayev adına tam orta məktəbin direktoru Ceyhun Məmmədov və Beynəlxalq Uşaq Fondu UNİCEF-in dəstəyi ilə yaradılmış Şəmkir Hüquqi Xidmət Mərkəzinin hüquqşünası Raul İsmayılov iştirak etmişlər. Çıxışa başlayan Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, daha sonra təlimdə iştirak edən qonaqlar layihənin faydalarından söz açıb. Təlim iştirakçıları da layihənin məqsəd və vəzifələrini dəstəkləmiş və çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Həmçinin təlim iştirakçılarına layihənin mahiyyəti və ailə münaqişələri zamanı necə davranmaq haqqında tövsiyyələrdən ibarət bukletlər paylanıb. Qeyd edək ki, “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihənin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir. Layihə çərçivəsində müvafiq mütəxəssislər ailələrlə görüş keçirəcək, müxtəlif məsələlərə dəstək verməklə yanaşı öz tövsiyyələrini verəcəklər. Şəmkir rayonunda ailə münaqişələrinə son qoymağın və ya minimuma endirilməsi üçün maarifləndirmələr aparılacaq, vacib hesab edilən münaqişəli ailələrdə görüşlər keçirən mütəxəssislərdən ibarət komanda təşkil ediləcək. Ailədaxili qarşıdurmalarda göstərilən səbəblərin əslində bəhanə olduğunu elmi əsaslarla, sınaqdan çıxmış misallarla münaqişəli şəxslərə izah ediləcəkdir. Layihənin vəzifəsi 4 ay müddətində təşkilatın üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməkdir. Şəmkir şəhərində və ailədaxili münaqişələrin daha çox baş verdiyi və sonda boşanmaların çoxaldığı 4 yaşayış massivində mütəmadi olaraq maarifləndirmələr həyata keçiriləcəkdir. Əlavə olaraq cəmiyyət arasında xüsusi nüfuza malik mütəxəssislərdən ibarət qrup yaradaraq, müvafiq qrafik əsasında həmin ailələrlə görüşlər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info