Muxtar respublikada yeni içməli su və kanalizasiya xətləri çəkilib
Tarix: 02.10.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bu ilin 9 ayı ərzində “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində muxtar respublikanın Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 17 kilometrə yaxın içməli su xətti çəkilib. 576 evə su verilərək sayğac quraşdırılıb. Həmçinin 16 kilometrədək kanalizasiya xətti çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən müddətdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab su təmizləyici qurğuda tikinti işləri davam etdirilib. Şərur rayonunun Yengicə kəndində müxtəlif diametrli borularla 30,29 kilometr xətti çəkilib, 894 ev şəbəkəyə qoşulub.
Ordubad rayonunda ümumi tutumu 20 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73,5 kilometr içməli su xətti, 72 kilometr kanalizasiya xətti və anbarlar arası 7 kilometr təzyiqli boru xətti çəkilib.
Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 hektar sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info