Moskva prospektində yeni asma piyada keçidi inşa edilir
Tarix: 02.10.2018 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Paytaxtın Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 Yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq. Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa ediləcək. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3,5 metr təşkil edəcək. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info