“Prezidentimizin siyasətində əsas prioritet gənclərin inkişafı və dəstəklənməsidir”
Tarix: 03.07.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Məryəm Tağıyeva: “Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur”

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bu yaxınlarda Bakıda Beynəlxalq Gənc Siyasətçilər Məktəbi (BGSM) yaradacaq. AGAT-ın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, bu layihənin ideya müəllifi Məryəm Tağıyeva ilə həmsöhbət olub, bu və digər məsələlərlə bağlı fikirlərini öyrəndik:

-Məryəm xanım, Beynəlxalq Gənc Siyasətçilər Məktəbi layihəsinin məqsədi nədir?
- İlk olaraq qeyd edim ki, AGAT-ın əsas məqsədlərindən biri azərbaycançılıq və dövlətçilyi əsas tutaraq Azərbaycanın zəngin mədəniyəti, hazırkı inkişaf səviyyəsi, uğurlu daxili və xarici siyasəti haqqında Avropa, eləcə də dünya ictimaiyyətini məlumatlandırmaq, Azərbaycanı layiqincə təmsil etməkdir. Eyni zamanda Avropa inkişaf modelini ölkəmizdə yaymaq AGAT-ın əsas missiyalarından biridir.
Hər həftə AGAT-ın ofisində idarə heyətinin iclası keçirilir. İdarə heyəti bir araya gələrək müzakirələr keçirir və yeni ideyalarını bölüşür. Məhz həmin iclasların birində mən “Gənc Siyasətçilər Məktəbi”nın ideyasını səsləndirdim və bu fikir idarə heyəti və sədr tərəfindən yüksək qiymətləndirildi. Qərara aldıq ki, bu layihəni həyata keçirək. Artıq yekun hazırlıq işləri də tamamlanıb və iyul ayının 3-də 10 Avropa ölkəsindən gələn iştirakçıları qarşılamağa tam hazırıq.
Əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, Azərbaycan həqiqiqətləri barədə onları məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.
Layihə ideyasının ilk növbədə AGAT, daha sonra isə Gənclər Fondu tərəfindən dəstəklənməsi məni qürurlandırır. Bu, Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin bariz nümunələrindən biridir. Və bu gün mən fərx edirəm ki, təşilatımızda səsləndirdiyim fikir dövlət qurumu tərəfindən dəstəkləndi və bu cür əhəmiyyətli tədbirə Azərbaycan ev sahibliyi edəcək.
- Layihə çərçivəsində hansı işlər görüləcək?
- Əsasən Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. olacaq. Bütün mövzular çərçivəsində panellər təşkil olunacaq. Eyni zamanda aidiyyəti dövlət qurumları ilə görüş keçiriləcək. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur. Siyasi məktəb çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr (Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi), siyasi partiyaların dövlət idarəedilməsində rolu və s. mövzularında panellər keçiriləcək.
- AGAT gənclər sektorunda aktiv QHT-lərdən biridir. Siz hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Dövlətin apardığı gənclər siyasətini çox yüksək dəyənlərdirirəm. Hazırda aparılan gənclər siyasəti imkan verir ki, gənclər öz potensialından tam istifadə etsinlər. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclər üçün yaradılan imkanlar Avropa ölkələrində belə, yoxdur. Və biz bunu fəxrlə istənilən beynəlxalq tədbirdə iştirakımız zamanı deyə bilirik. Çünki ölkəmizdə gənclərin inkişafı üçün hazırlanmış proqramlar, şərait və ümumilikdə gənclərə verilən platforma bunu deməyə imkan verir. Bir tələbə kimi təhsil aldığım universitet və fəaliyyət göstərdiyim gənclər təşkilatında qazandığım təcrübə Azərbaycanın gənclər siyasətinin bariz nümunəsidir.
- Azərbaycanda gənclərin inkişafı üçün yaradılan şəraitdən razısınızmı?
- Bu gün gənclərimizin nə qədər imkanlara sahib olduqlarını vurğulamamaq mümkün deyil. Məsələn, dünyanın istənilən ölkəsində təhsilalma imkanı, yerli və beynəlxalq səviyyədə təşkil olunan forum, konfrans, təlim və tədbirlərdə iştirak və s. qeyd edə bilərik. Gənclərin ideyalarını, layihələrini dəstəkləmək üçün Gənclər Fondu yaradıldı. Təkcə keçən il Gənclər Fondunun büdcəsinə 5 milyon manat vəsait köçürülüb. Bütün bunlar onu göstərir ki, Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Gənclərə isə yalnız yaradılan bu şəraitdən düzgün istifadə etmək qalır.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Bu gün Azərbaycan gənci hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu tək gənclərin inkişafı üçün ayrılan maliyyə dəstəyi deyil. Eyni zamanda dövlətin öz vətəndaşına göstərdiyi mənəvi dayaqdır. Dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlı özünü tam əminlikdə hiss edir. Çünki bilir ki, onun arxasında ona dəstək olan, qoruyan güclü bir dövlət dayanıb. Gənclər bilir ki, onların fikirləri hər zaman dinlənilir və nəzərə alınır. Bunun əsas nümunələrindən biri kimi təşkilatımızın da işçi qrupuna daxil olduğu “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” dövlət proqramını misal göstərmək olar. Proqramın tərkibi tamamilə gənclərin fikirlərinə əsasən işlənib hazırlandı. Təşəbbüs göstərib ideyalarını bölüşən hər gəncin fikri nəzərə alındı. Bu, bir daha ölkəmizdə gənclərə olan qayğının nümunəsidir.
- Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Fikirləşirəm ki, bəli. Lakin bundan daha fəal olmalıdırlar.
- Bildiyiniz kimi, 250-ə yaxın gənclər təşkilatı oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Azərbaycan gəncliyinin Prezidentə bu cür inamla etimad və dəstək göstərməsinin səbəbi nədir?
- Qeyd etdiyim kimi, Prezidentimizin siyasətində əsas prioritet gənclərin inkişafı və dəstəklənməsidir. Ona görə də gənclərin İlham Əliyevi dəstəkləməsi heç də təəccüblü deyil. Gündən-günə gənclərimizin xaricdə təhsil almasına imkan yaradan bütün proqramlarda Azərbaycan vətəndaşının hüquqlarını ön plana çəkən modernləşmə konsepsiyasının təşşəbbüskarı İlham Əliyev bu gün biz gənclərin rəğbətini öz işi ilə qazanıb. Hazırda dünyanın ən populyar azərbaycanlısına, uğurlu siyasətçisinə və ölkəsinin vətənpərvərinə səsimi verəcəm-bu, cənab Prezidentdir.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Gənclərimizin daha da maariflənməsi üçün çoxlu seminarlar, treninqlər, düşərgələr keçirilməlidir. Əsasən da regionlarımızda. Bu gün görünən mənzərə odur ki, dövlət təşkilatları və QHT-lər kifayət qədər aktivdirlər, lakin dinamik inkişaf edən Azərbaycanın ən dinamik təbəqə sayılan gənclərlə inkişafı uyğunlaşmalıdır.
- Bəs gələcək üçün hansı planlarınız var?
- Gələcək üçün çoxlu planlarım var. AGAT-da fəaliyyətimi davam etdirərək daha çox beynəlxalq layihələr həyata keçirmək, təhsilimi bitirmək, magistraturaya qəbul olmaq və elmi-tədqiqat işləri ilə məşğul olmaq əsas planlarımdır.
Fuad Hüseynzadə









 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info