“Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan prezidentliyə namizəd ola bilərmi?“
Tarix: 03.07.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“İsa Qəmbər və Əli Kərimli tapşırığı yerinə yetirirlər”

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, deputat Əli Əhmədov APA-ya müsahibəsində bildirib ki, “milli şura” bütün müxalifəti təmsil etmir və deməli, onun adından qərar çıxarmaq səlahiyyətində deyil: “Bu gün isə məlum olan budur ki, hansısa məcburiyyət sanki ənənəvi müxalifətin bir qismini bir araya toplaşmağa vadar edir. Müxalifətin bəzi təmsilçilərinin mətbuata verdiyi açıqlamalarda müəyyən işarələr açıq görünməkdədir.
Uzun illərdir İsa Qəmbər və Əli Kərimli müxalifətin vahid namizədi olmağa çalışsa da, buna nail ola bilmədilər. Daim “xalqın dəstəyindən” dəm vuran nə Qəmbər, nə də Kərimli bu dəstəyi ala bildi. İndi onların hər ikisi sakitcə, kənardan gətirilən birisinin ətrafında birləşdiklərini bəyan edirlər. Düşünmürəm ki, onların Rüstəm İbrahimbəyovun ətrafında birləşib “sədaqət andı” içməsi onun xarizmasının təsiri altında baş verib. Görünən odur ki, belə tapşırıq alıblar və həmişə olduğu kimi tapşırığı yerinə yetirirlər. Heç özləri də bunu gizlətmirlər və Pənah Hüseynin dili ilə əsl həqiqətin nədən ibarət olduğunu ifadə edirlər. Sadəcə fərq ondadır ki, indi Rüstəm İbrahimbəyovun ətrafında birləşmək haqqında tapşırıq başqa mərkəzdən verilir. Görəsən, Rüstəm İbrahimbəyovu “vahid namizəd” seçib ona sədaqət andı içən İsa Qəmbər və Əli Kərimli fikirləşiblərmi, Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan birisinin Azərbaycanın prezidentliyinə namizədliyini irəli sürməyə mənəvi haqqı çatırmı? Müxalifətin anlamında milli maraq, müstəqillik, demokratiya gözə kül üfürməkdir. Ancaq xalq hər şeyi görür, dərk edir və lazımi nəticə çıxarır. Satılanları xalq sevmir”. YAP rəsmisi qeyd edib ki, namizədin şansı onun ictimai dəstəyi ilə müəyyən olunur: “Rüstəm İbrahimbəyov nədənsə dəstəyini sanki xaricdə axtarır, necə deyərlər, turne təşkil edir, xaricdə görüşlər keçirdiyi barədə məlumatlar yayır. Onun bu sayaq görüşləri varmı-yoxmu, bir yana qalsın, ancaq belə görüşlərin Azərbaycanda prezident seçkilərinə nə dəxli var?”. Əli Əhmədov qeyd edib ki, müxalifətin xarici amilə meyilli olması yenilik deyil: “Siyasi ambisiyalarının reallaşması üçün daxili qüvvələrdən dəstək qazana bilməyənlər köməyi xaricdə axtarırlar. Mən bunu yolverilməz və təhlükəli hesab edirəm. Bununla yanaşı, indiki halda bu cür cəhdlərin Azərbaycanın daxili siyasi həyatına ciddi təsir göstərmək imkanlarını böyük hesab etmirəm”. Əli Əhmədov bildirib ki, “milli şura”nın qəbul etdiyi fəaliyyət proqramı siyasi dəyişikliklər deyil, dağıdıcılıq proqramıdır: “Bu cür proqramlar əsasında bir çox ölkələrdə fəlakətlərə səbəb olmuş ssenarilər həyata keçirilib. Həmin ssenarilərin acısını xalq çəkir. Lakin Azərbaycanda belə ssenarilərin baş tutması mümkün deyil. Nə dövlət buna imkan verər, nə də xalq. Azərbaycan xalqı mövcud sabitliyi yüksək qiymətləndirir və qoruyur”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info