Oktyabrın 5-də qar yağacaq
Tarix: 03.10.2018 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı bildirilir. Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
10.08.2020
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
10.08.2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
09.08.2020
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
08.08.2020
Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info