AXDG-nin “Atlet-8” kran gəmisi əsaslı təmir edilib
Tarix: 03.10.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-8” kran gəmisi əsaslı təmir olunub.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin sualtı və suüstü hissəsindəki yararsız hissələr dəyişdirilib.
Bundan başqa, kran gəmisinin baş və köməkçi mühərrikləri, nasosları, seperatorları, boru sistemləri, yaşayış otaqları, yeməkxanaları və sair yüksək keyfiyyətlə təmir olunub.
Təmir başa çatdıqdan sonra gəminin mexanizm və elektrik avadanlıqlarının işləkliyinin yoxlanılması məqsədilə dəniz sınağı həyata keçirilib. Sınaq işləri uğurla başa çatdırılıb.
Məlumat üçün bildiririk ki, 2×760 at gücünə malik mühərriklərlə təchiz olunmuş gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin digər kran gəmiləri kimi dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayır.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
10.08.2020
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
10.08.2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
09.08.2020
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
08.08.2020
Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info