Şəkidə Türkiyə rəqs ansambllarının konserti olub
Tarix: 03.07.2013 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı uğurla davam edir.
İyulun 2-də festival çərçivəsində Yay Teatrında Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, Türkiyənin Giresun və Konya şəhərlərindən gəlmiş geniş tərkibdə nümayəndə heyəti, musiqisevərlər, şəhər sakinləri iştirak ediblər.
Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında finala qədər gəlib çıxmış, yekunda dördüncü yeri tutmuş Konya şəhərinin “Kaşıks” rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olub. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestri solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyədən olan musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirib.
Türkiyədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi
20.05.2019
Əsl insan, vətənpərvər incəsənət xadimi-Davud İmanov
19.05.2019
“Azərişıq” ölkənin qərbində gücləndirilmiş iş rejiminə keçib
19.05.2019
Tovuzda məktəb, muzey və “ASAN xidmət” mərkəzinin tikintisi davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info