Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq
Tarix: 05.10.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə suvenir istehsalı müəssisəsinin yaradılmasıdır. Tikintisinə avqust ayında başlanılan müəssisədə hazırda hörgü işləri aparılır. Tikintidə iş icraçısı Xanəhməd Mirzəyev bildirib ki, 3700 kvadratmetr ərazidə inşa edilən müəssisənin tikinti sahəsi 700 kvadratmetrdir. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana, inzibati otaqlar yaradılacaq. Bundan başqa müəssisənin ərazisində qazanxana, nasosxana binaları, su tutumu 150 kubmetr olan iki ədəd su anbarı inşa ediləcək. Hazırda tikintidə 20-dək işçi çalışır. İnşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Suvenir istehsalı müəssisəsində istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı" loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info