H. Jin Han: “ Azərbaycan Xəzər hövzəsində geostrateji mövqeyə malikdir”
Tarix: 03.07.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Bakıda “Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya Respublikası - Mərkəzi Asiya - Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə çıxış edən Koreya Respublikası Milli Assambleyasının üzvü Hwang Jin Han bildirib ki, Koreya Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlığın inkişafı və möhkəmlənməsində maraqlıdır: “Son illər ərzində müşahidə edilən qlobal iqtisadi böhrana baxmayaraq, Koreya və Mərkəzi Asiya ölkələri əməkdaşlığı uğurla inkişaf etdirir. Ölkəmiz Mərkəzi Asiya regionunda mövqelərini möhkəmləndirməyə çalışır”. H.J.Han qeyd edib ki, Azərbaycan dünyanın ən çox enerji resurslarına malik üç regionundan biri olan Xəzər hövzəsində mühüm geosiyasi və geostrateji mövqeyə malikdir: “Azərbaycan Xəzər dənizinin neft ehtiyatlarının 19,1%-nə və qaz enerji resurslarının 11,3%-nə malikdir. Ölkəniz Şərq və Qərbi, Asiya və Avropanı, Rusiya, Yaxın Şərqi birləşdirən strateji mərkəz rolunu oynayır”. Onun sözlərinə görə, Koreya Mərkəzi Asiya regionunun iqtisadi gücünün artırılması məqsədilə region ölkələri ilə vahid iqtisadi məkanın formalaşmasında maraqlıdır. “Baxmayaraq ki, 1945-ci ildə Yaponiyanın əsarətindən azad olan Koreya bir neçə on il öncə vətəndaş müharibəsinin parçaladığı geridə qalmış aqrar ölkəsi olub, biz uğurlu iqtisadi inkişaf mərhələsini keçmişik. Bu gün Koreya Respublikası uğurla inkişaf edir. 2011-ci ildə Koreyanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı mal dövriyyəsi $3,3 mlrd. təşkil edib, illik humanitar mübadilə 70 min nəfərə çatır. Mərkəzi Asiya ölkələrində Koreya diasporunun 300 min nümayəndəsi yaşayır”.
Koreyanın Bakıdakı səfiri Çoi Suk-İn Azərbaycan-Koreya əməkdaşlığını yüksək qiymətləndirib:“Koreya şirkətləri Azərbaycanda infrastrukturun yaradılmasında fəal iştirak edirlər. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir, ümid edirik ki, bu əlaqələr gələcəkdə dərinləşəcək”. Koreyalı diplomat iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün Azərbaycan, Koreya və Mərkəzi Asiya ölkələrinin böyük potensialının olduğunu qeyd edib.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycanın gələcək iqtisadi inkişafının əsas vəzifəsi qeyri-neft sektorunun potensialının gücləndirilməsidir: “Bu məsələ Azərbaycanın dövlət siyasətinin əsas sənədlərində, həmçinin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Bununla yanaşı, Azərbaycanın qeyri-neft sektorunun inkişaf məsələsini Avrasiya regionunun əsas iqtisadi trendlərindən kənarda nəzərdən keçirmək düzgün olmazdı. Azərbaycanın iştirak etdiyi əsas layihələr artıq çoxdan regional sərhədləri aşıb”.
Onun sözlərinə görə, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri birbaşa Mərkəzi Asiya ölkələri ilə əlaqəlidir. F.Məmmədov daha perspektiv iqtisadi əməkdaşlıq sahələrinin aşkar edilməsi və təhlili istiqamətində Azərbaycan və Koreyanın analitik mərkəzləri arasında fəal əlaqələrin önəmini vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info