İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
Tarix: 03.07.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul olunub. Xarici İşlər Nazirliyindən daxil olan bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senatın nümayəndə heyətinin Azərbaycana etdiyi səfəri fonunda İordaniya Senatı Xocalıda Azərbaycan xalqının məruz qaldığı, eyni zamanda, insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü, həmçinin məscidlərə və müqəddəs islam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində islam irsinə və mədəniyyətinə üzr vermiş ağır itkini pisləyir. Bəyanatda, həmçinin vurğulanır: “İordaniya Senatı Ermənistan ilə Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə, habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır.
Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə, kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir. Senat dövlətləri ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlar göstərməyə səsləyir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info