“Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsində intensiv iş aparılır”
Tarix: 04.07.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“BP və SOCAR şirkətləri ilə yeni qaz kəmərinin tikintisinə dair razılıq əldə olunub”

Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Gürcüstan sahəsində işlərin intensiv getdiyini bildirib. Baş nazir ölkədə ötən il keçirilmiş parlament seçkiləri nəticəsində baş vermiş hakimiyyət dəyişikliyindən sonra dəmiryolu tikintisində işlərin gecikdirildiyinə dair yayılmış məlumatların həqiqətə uyğun olmadığını qeyd edib. B.İvanişvili tikintinin Gürcüstan sahəsində yeni menecer təyin olunduqdan sonra işlərin geniş vüsət aldığını, tikintiyə kifayət qədər texnika cəlb edildiyini deyib.
Yeni hökumətin Bakı-Tbilisi-Qars dəmiryolu tikintisinə böyük diqqət yetirdiyini vurğulayan baş nazir əlavə edib ki, onda olan məlumata görə, dəmiryolu tikintisində işlər olduqca intensiv aparılır. Bidzina İvanişvili mətbuat konfransında bildirib ki, Gürcüstanın baş naziri İngiltərənin BP və Azərbaycanın SOCAR şirkətləri ilə yeni qaz kəmərinin tikintisinə dair razılıq əldə olunduğunu bildirib: “Biz “Şahdəniz” yatağından Avropaya qaz nəqli üçün yeni qaz kəmərinin tikintisi ilə bağlı razılığa nail olmuşuq. Bu, 40 milyard dollara başa gələcək. Həmin vəsaitin 2 milyard dolları Gürcüstan ərazisində tikinti işlərinə xərclənəcək ki, bu da yeni iş yerlərinin açılmasına imkan yaradacaq”. B.İvanişvili yeni kəmərin tikintisi ilə Gürcüstanın Azərbaycandan aldığı ucuz təbii qazın həcmini üç dəfə artırmağın mümkün olacağını da vurğulayıb. Gürcü baş nazir Rusiya ilə münasibətlər haqqında bunları bildirib: “Mən Rusiyadan konkret və dəqiq addımlar gözləmirəm. Rusiya ilə münasibətlərin normallaşdırılması üçün digər addımlar atırıq, bu, viza rejiminin sadələşdirilməsi və təyyarə uçuşlarının bərpası ilə bağlıdır. Abxaziya dəmiryolu mütləq bərpa olunmalıdır. Buna müəyyən vaxt lazımdır. Əlbəttə, yollar açılmalıdır və açılacaq. Yolların açılması Abxaziya ilə münasibətlərimizi yaxşılaşdıracaq, iqtisadiyyat inkişaf edəcək. Fikirləşirəm ki, bu məsələ çox siyasiləşdirilib. Bu məsələdə ajiotaj yaradılmamalıdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info