“ABŞ Rusiya-Çin sövdələşməsindən ehtiyatlanmalıdır”
Tarix: 04.07.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Bu iki dövlətin strateji planda əməkdaşlığı, hansısa alyans formalaşdırması, hətta müvəqqəti razılaşması belə, dünya siyasətinə ciddi təsir göstərə bilər”

«Bu ilin mart ayında Moskvaya səfər edən Çin Xalq Respublikasının rəhbəri Si Çzinpin həmkarı Putinlə görüşdə bildirdi ki, onlar milli suverenitet, təhlükəsizlik və maraqların qorunması istiqamətində bir-birilərini qərarlı şəkildə dəstəkləməlidirlər. O, beynəlxalq və regional müstəvidə sıx qarşılıqlı əməkdaşlıq vəd etdi. Putin isə öz növbəsində bəyan etdi ki, Çin və Rusiya arasındakı strateji tərəfdaşlıq həm ikitərəfli, həm də beynəlxalq planda çox böyük əhəmiyyət daşıyır. İki dövlət arasındakı münasibətlərdəki yaxınlaşma göstərir ki, amerikalılar Rusiya-Çin münasibətlərini diqqətli şəkildə analiz etməli, Birləşmiş Ştatlar üçün nəticələrini hesablamalı və cavab tədbirlərini hazırlamalıdırlar».
Bu fikirlər ABŞ-ın «The National Interest» nəşrində çap edilən məqalədə yer alıb. Müəlliflər Lesli Qelb və Dmitri Sayms qələmə aldıqları məqalədə qeyd edirlər ki, Çin və Rusiya liderlərinin sammiti Vaşinqtonun rəsmi dairələrində, mətbuatında o qədər də diqqət çəkməyib və bu laqeydlik Amerikaya baha başa gələ bilər. Bu gün Pekin və Moskvanın manevr üçün geniş imkanları var və qarşılıqlı əməkdaşlıq Amerika maraqlarına ciddi zərbə ola bilər: «Konkret olaraq qeyd etmək olar ki, bu dövlətlər iki istiqamətdə münasibətlərini inkişaf etdirə bilərlər. Birincisi, Çin və Rusiya həyati dərəcədə vacib maraqlarına ciddi təhlükə kimi gördükləri Amerika maraqlarına qarşı mübarizə aparmaq üçün qeyri-rəsmi alyans yarada bilərlər. Bu yol bir qədər çətindir. O baxımdan ki, Rusiya ilə Çinin keçmişə dayanan və daim rəqabətdə olan maraqları var. Digər kurs tərəflərin 1970-ci ildə Nikson-Kissincerin strategiyasına oxşar «diplomatiya üçbucağı»na başlaya bilməsidir. Bu ssenariyə uyğun olaraq Moskva və Pekin Vaşinqtonu ikitərəfli alyansın yaradılması ilə təhdid edə, əməkdaşlıqla bağlı hansısa müqavilə imzalaya bilərlər ki, danışıqlar prosesində ABŞ-ı pis vəziyyətdə qoysunlar». Müəlliflər yazırlar ki, Amerika hansısa qlobal qruplaşmaların yaradılmasına imkan verməyi xoşlamır. Çin və Rusiya isə hesab edirlər ki ABŞ və Avropanın fəaliyyəti onların maraqları üçün təhlükə yaradır. Bu iki dövlətin strateji planda əməkdaşlığı, hansısa alyans formalaşdırması, hətta müvəqqəti razılaşması belə, dünya siyasətinə ciddi təsir göstərə bilər: «Molotov-Ribbentrop anlaşmasını xatırlayın, sonradan nələr baş verdi. Yəqin ki, London və Parisdə heç kim hadisələrin bu istiqamətdə inkişaf edəcəyini hesablamır. Doğrudur, Çinlə Rusiya arasında bir çox ziddiyyətli məqamlar var.

“Çin və Rusiya dünya siyasi və iqtisadi sistemini yenidən qurmaq istəyirlər. Onlar hesab edir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ABŞ və Qərbin maraqlarına xidmət edərək onların əlində siyasi alətə çevrilib”


Buraya çoxillik qarşılıqlı etimadsızlığı, rus texnikasına, o cümlədən silahlarına çinlilərin marağının azalmasını, rusların Çin kapitalının Sibirə axmasından olan qorxusunu və digər amilləri aid etmək olar. Amma ABŞ və Avropa İttifaqına qarşı Çin və Rusiyanın bir-birinə çox ehtiyacı var. Rusiya və Çin liderləri bu ziddiyyətləri qarşılıqlı maraqlar əsasında həll edə bilərlər. Qərb Rusiyanı SSRİ-nin varisi hesab edir. Buna görə də NATO genişlənmə siyasəti aparır. Şimali Atlantika alyansı nəinki keçmiş Varşava müqaviləsi təşkilatının üzvlərini, eləcədə də Baltikyanı dövlətləri də sırasına daxil edib. Alyans Ukrayna və Gürcüstanı da sıralarına qatmaq istədiyini bəyan edib. Rusiya ilə keçmiş sovet ölkələri arasındakı istənilən mübahisədə Qərb istənilən halda Moskvanı deyil, qarşı tərəfin mövqeyini dəstəkləyir. Bu fakt onu göstərir ki, Qərb təkcə Rusiyanın qarşısını almağa çalışmır, həmçinin onu dəyişməyə çalışır. Eyni siyasət Çinə qarşı da həyata keçirilir. ABŞ Çinlə qonşu dövlətlər arasında mübahisələrdə həmişə qonşu dövlətləri müdafiə edir. Vaşinqton bu dəstəyi Yaponiya və Filippin kimi ənənəvi müttəfiqlərlə yanaşı demokratiya sahəsində Çindən geri qalan və Amerika tarixində xüsusi yeri olan Vyetnama da göstərir. Obama administrasiyasının Asiya ölkələri ilə bağı o qədər də güclü deyil, amma bütün halda Çin özünü tələyə salınmış kimi hiss edir. Pekin bu əlaqəni özü üçün təhlükə hesab edir. Çin və Rusiya dünya siyasi və iqtisadi sistemini yenidən qurmaq istəyirlər. Onlar hesab edir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ABŞ və Qərbin maraqlarına xidmət edərək onların əlində siyasi alətə çevrilib. ABŞ və Avropa İttifaqının dünya maliyyə sistemini öz maraqlarına uyğun idarə etdiklərini düşünən Pekin və Moskva belə situasiyanın onları pis vəziyyətə saldığını hesab edirlər. Bu isə onların beynəlxalq qaydaları dəyişmək istəyini daha da gücləndirir. Bu düşüncəni inkişafda olan bir çox regional güclər də bölüşür. Rusiyalı ekspertlər hesab edirlər ki, ABŞ-ın dünyaya təkbaşına hökmranlıq etmək istəyi, birtərəfli siyasəti Rusiya ilə Çinin yaxınlaşmasına səbəb olur. Görünür, Vaşinqtonda çoxları hesab edir ki, Rusiya və Çin ambisiyalara rəğmən Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə münasibətləri pozmaq istəmirlər. Çünki Avropa İttifaqı Çinin bir nömrəli iqtisadi tərəfdaşıdır. Bu siyahıda ABŞ ikinci, Rusiya isə doqquzuncudur. Eyni sözləri Rusiya haqqında da demək olar. Avropa İttifaqı Rusiyanın əsas ticarət tərəfdaşıdır, Çin ikinci, ABŞ isə Ukraynadan sonra dördüncüdür. Çin də Rusiya kimi avro və dolların kursunun sabit olmasında maraqlıdır. Çünki onların valyuta ehtiyatları əsasən bu valyutalardadır. Amma tarix sübut edir ki, sıx qarşılıqlı iqtisadi əməkdaşlıq münaqişələrin baş verməsinin qarşısını almaq üçün yetərli deyil». Məqalədə qeyd edilir ki, Amerika rəsmiləri iki nəhəng dövlətin maraqlarını doğru qiymətləndirərək nəzərə almalıdır. Vaşinqton Pekin və Moskva ilə əməkdaşlığı genişləndirərək gərginliyin səviyyəsini aşağı salmağa çalışmalıdır. Bu, ən optimal yoldur və Amerikanın maraqlarına uyğundur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info