“Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bir zamanda bərpa olunmalıdır”
Tarix: 04.07.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağı və işğal edilmiş əraziləri tərk etməlidir”

Avropa Parlamentinin Vətəndaş azadlığı, ədalət və daxili işlər komitəsinin üzvü, Rumıniyadan olan deputat Ioan Enciu Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib. İ.Enciunun cavabında deyilir:
“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 məlum qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğalçılığına və beynəlxalq hüququn pozulmasına dəlalət edir. Avropa Şurasının Parlament Assambleyası, eləcə də Avropa Parlamenti də bu məsələdə aydın yanaşma sərgiləyib. Azərbaycanın ərazi bütövlüyü mümkün qədər tez bir zamanda bərpa olunmalıdır. Bu baxımdan, Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağı və işğal edilmiş əraziləri tərk etməlidir. Beynəlxalq aləmdə Dağlıq Qarabağın müstəqilliyi tanınmayıb. Nəticə etibarilə, Avropa İttifaqı (Aİ) bu bölgədə keçirilən heç bir “parlament seçkisi”ni tanımayıb. Münaqişənin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin geri qayıtması yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə mümkün ola bilər.
Aİ ilə Azərbaycan arasındakı əlaqələr Avropa Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” təşəbbüsü nəticəsində əhəmiyyətli dərəcədə formalaşıb. Genişlənmə və qonşuluq siyasəti üzrə Aİ komissarı Ştefan Füle 2013-cü il mayın 3-də də Bakıda bəyan edib ki, bu tərəfdaşlıq daha da inkişaf etdirilməlidir. Bu, yalnız Avropa enerji təhlükəsizliyi və “Cənub dəhlizi”nin genişləndirilməsi məsələsini əhatə etmir. Bura iqtisadi, mədəni və təhlükəsizlik məsələləri də daxildir. Cənubi Qafqazda sabitliyin təmin olunması üçün Azərbaycanın haqları beynəlxalq hüquq çərçivəsində bərpa olunmalıdır. Ermənistanın hərbi qüvvələrinin çıxarılması ilə yanaşı, sülh və sabitliyin ilk şərti kimi münaqişəyə cəlb olunmuş hər iki tərəfin istəyi, hər şeydən öncə, danışıqlar olmalıdır. BMT və ATƏT-in Minsk qrupu münaqişəyə müxtəlif səviyyələrdə cəlb olunub. Aİ, sözsüz ki, “Şərq Tərəfdaşlığı” kontekstində məsələnin siyasi yolla həllinə cəhd etməlidir. Dağlıq Qarabağ münaqişəsi iyirmi ildir ki, öz həllini tapmayıb. Odur ki, qüvvələri səfərbər edərək, səylərin danışıqların davam etdirilməsinə yönəlməsi vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info