“Əli Kərimli ilə İsa Qəmbərin bir-birinə güzəştə getməməsi qarşılıqlı patoloji nifrətlə bağlıdır”
Tarix: 04.07.2013 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Qüdrət Həsənquliyev: “Əli Kərimli İsa Qəmbərin uğuruna, İsa Qəmbər də Rüstəm İbrahimbəyovun uğuruna inanmır”

“Milli şura”nın Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsinə və radikal düşərgə təmsilçilərinin, xüsusilə də İsa Qəmbər və Əli Kərimlinin Rüstəm İbrahimbəyova güzəştə getmələrinin səbəbi barədə açıqlama verən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bu adamlar düşünürlər ki, Rüstəm İbrahimbəyov Rusiyadakı dairələrdən siyasi və maliyyə dəstəyi ala bilər:
“Rüstəm İbrahimbəyova güzəştə gedilməsinin əsas səbəbi budur. Amma əlavə səbəblər də var. Əlavə səbəblərdən biri də odur ki. onlara bununla bağlı tapşırıq verilib və onlar sadəcə olaraq bu tapşırığı yerinə yetirirlər. Mən daha öncə də bəyan etmişdim ki, bu blok bir tapşırıqla yarandığı kimi bir tapşırıqla da dağıla bilər. Əli Kərimli ilə İsa Qəmbərin bir-birinə güzəştə getməmələrinin səbəbi isə daha əvvəllər bildirdiyim kimi qarşılıqlı patoloji nifrətlə, psixoloji uyğunsuzluqla bağlıdır. Burada, eyni zamanda qarşılıqlı iddiaların böyüklüyü də rol oynayır. Bu insanların ortaq razılığa gəlməsi xeyli dərəcədə çətindir. Onlar vaxtilə eyni hakimiyətdə təmsil olunduqları dövrlərdə də bir-birilərinə qarşı mübarizə aparıblar. Ən azından mənim bundan kifayət qədər məlumatım var. Onların indi zorən müttəfiqə çevrilmələrinə, yaxud kimlərinsə onları zorən müttəfiqə çevirmələrinə baxmayaraq, gələcəkdə də bu mübarizə bəzən açıq, bəzən isə gizli formada davam edəcək. Psixoloji uyumsuzluqdan və qarşılıqlı nifrətdən savayı İsa Qəmbər və Əli Kərimlinin bir-birilərinə güzəştə getməmələrinin səbəblərindən biri də tərəflərdən heç birinin digərinin qələbəsinə inamının olmamasıdır. Əgər onlardan hər hansı birində belə bir inam olsaydı, həmin şəxs bütün hisslərini boğub hakimiyyətə gəlmək üçün digərini dəstəkləyə bilərdi. Belə bir inam olmadığına görə də onlardan birinin digərini dəstəkləməsi mümkün deyil. O ki qaldı Rüstəm İbrahimbəyovun müəyyən şərtlər çərçivəsində Müsavat Partiyası tərəfindən dəstəklənməsinə, bu, onu göstərir ki, Rüstəm İbrahimbəyovun seçkilərdə uğur qazana biləcəyinə ciddi inam yoxdur. Ən azından Müsavat Partiyasının rəhbərliyində… Ona görə də Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürüldüyü iclasda İsa Qəmbər bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayana qədər onların seçkilərə öz namizədləri ilə qatılması barədə qərarı qüvvədə olacaq. Yəni bu, o deməkdir ki, İsa Qəmbərin namizədliyi irəli sürüləcək, imza toplanılacaq və s. və il. Bunun səbəbi isə odur ki, onlar Rüstəm İbrahimbəyovun namizədliyini qeydə aldıra biləcəklərinə belə, əmin deyillər. Bununla yanaşı, Müsavat Partiyası çalışır ki, AXCP-dən fərqli olaraq “milli qüvvə” imicini qoruyub saxlasın. AXCP isə artıq bütün kartlarını açıb”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info