Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub
Tarix: 11.10.2018 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


13 oktyabr dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan dəmir yolunun Şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, tədbirdə Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, departamentin rəis müavini-vaqon xidmətinin rəisi Bəşir Əsədov və müvafiq strukturların əməkdaşları iştirak ediblər.
Yük daşımaları Departamentinin Şimal vaqon deposuna məxsus olan bu xidmət məntəqəsinin binası tamamilə müasir üslubda inşa edilib və burada fəaliyyət üçün hər cür imkanlar yaradılıb. Yeni məntəqənin daxilində soyunub-geyinmə, növbətçi, dərs və mətbəx otaqları fəaliyyət göstərir. Rahat iş şəraitinin təmin edilməsi üçün binada avtonom istilik sistemi, kondisioner quraşdırılıb və su ehtiyatı üçün həyətdə çən qoyulub. Dərs otaqları lazımi plakat və digər əyani vəsaitlərlə, mebel dəstləri ilə, həmçinin kompüter və telefonlarla təmin edilib. İşçilərə yeni geyim formaları təqdim olunub. TXM-in fəaliyyəti respublikaya daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir.
Yeri gəlmişkən qeyd edək ki, Bakı-Dərbənd dəmir yolu xətti 1900-cu ildə istismara verilib və Azərbaycan dövlət müstəqilliyinə qovuşana qədər vaqonların Texniki Xidmət Məntəqəsi Rusiya Federasiyası Şimali Qafqaz dəmir yolunun Dərbənd stansiyasında fəaliyyət göstərib. Respublikamıza daxil olan və buradan göndərilən qatarlara baxış həmin stansiyada həyata keçirilib. 1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada Texniki Xidmət Məntəqəsi binasının tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyanın cüt boğazında TXM-in fəaliyyətə başlaması üçün, müvəqqəti olaraq, istismardan silinmiş bir örtülü vaqon qoyulub və uzun illər bu cür fəaliyyət göstərib.
Nəhayət, 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni TXM binasının inşasına başlanılıb. Qış mövsümündə kifayət qədər soyuq havalarla müşahidə olunan bu ərazidə yeni xidmət obyektinin inşası çox mütərəqqi bir addımdır. Bu, həm də sərhəd bölgəsində fəaliyyət göstərən müəssisələrimizin abadlığı baxımından uğurlu hal sayılmalıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info