AMEA-da bəzi struktur bölmələrinə təyinatlar olub
Tarix: 04.07.2013 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Rəyasət Heyətinin (RH) iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik Akif Əlizadə iclasın əsas müzakirə mövzusunun AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planına həsr olunduğunu bildirib. AMEA rəhbəri Rəyasət Heyətinin fəaliyyətinin avtomatlaşdırılması, əməkdaşlarının səmərəli iş fəaliyyətinin təmini, bir sözlə, elmi mühitin müasir tələblərə cavab verməsi üçün informasiyalaşdırmanın başlıca şərtlərdən olduğunu qeyd edib. AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Rəyasət Heyəti Mərkəzi Aparatının fəaliyyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planını təqdim edib. R.Əliquliyev Mərkəzi Aparatının struktur bölmələrinin - elmi bölmələrin, idarə və şöbələrin fəaliyyətinin informasiyalaşdırılması, AMEA üzrə operativ məlumatlandırma sisteminin yaradılması, Mərkəzi Aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnolgiyasının yaradılması və tətbiqi, “Elmi problemlər reyestri” sisteminin işlənməsi və s. məsələlərlə bağlı görüləcək tədbirlər haqqında məlumat verib.
Tədbirdə həmçinin AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının bəzi struktur bölmələri rəhbərlərinin təyinatı məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul edilib. Bundan əlavə, AMEA Rəyasət Heyəti noyabr ayında akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş “Neft-qaz sahəsində qeyri-nyuton sistemlər” mövzusunda beynəlxalq elmi konfransın, görkəmli tibb alimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyevin anadan olmasının 75 illiyi münasibətilə AMEA və Tibb Universitetinin birgə yığıncağı və elmi sessiyasının keçirilməsinə dair qərar qəbul edib. Sonra AMEA-nın Coğrafiya, Geologiya, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri institutlarında elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə müdiri, baş elmi işçi vəzifələrinə irəli sürülən namizədlərin təsdiqi məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info