“Səhiyyə sahəsində istənilən neqativ hal etiraz doğurur, tənqid olunur”
Tarix: 04.07.2013 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


“Səhiyyə elə bir sahədir ki, Azərbaycanın hər bir vətəndaşı gündəlik həyatında onunla təmasda olur və hər kəs burada hər şeyin ideal səviyyədə olmasını istəyir. Bu sahədə istənilən neqativ hal, hər hansı çatışmazlıq etiraz doğurur, tənqid olunur. Elə biz özümüz də - həkimlər, tibb işçiləri, səhiyyənin təşkili ilə məşğul olan hər kəs də istəyirik ki, çalışdığımız və cavabdeh olduğumuz sahə qüsursuz, şəffaf, mütəxəssislər ən yüksək səviyyədə olsun”. Bunu səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərinin peşə bayramına həsr olunan tədbirdəki çıxışında deyib.
Səhiyyə naziri bununla bağlı kadr siyasətində böyük işlər görüldüyünü bildirib. O.Şirəliyev deyib ki, əvvəllər özəl universitetlərdə tibb fakültələri var idi və klinikaları, xəstəxanaları olmayan bu fakültələri hər il yüzlərlə tələbə bitirsə də, onlar mütəxəssis kimi tam hazırlanmırdı. Həmin fakültələrin sonradan ləğv edildiyini deyən nazir qeyd edib ki, işsizliyin qarşısını almaq üçün qəbul yeri də azaldılıb: “Bu gün dünya praktikasında qəbul olunmuş tibb işçilərinin sertifikasiyası kimi praktikanın ölkəmizdə tətbiqi həkimləri daimi nəzəri biliklərini artırmağa sövq edir. Bu ildən etibarən həkimlər işə mərkəzləşmiş qaydada test üsulu ilə imtahan verməklə qəbul olunur ki, bu da praktikada həm ixtisas səviyyəsi imkan verməyənlərin həkim kimi çalışmasının qarşısına sədd çəkir, həm də regionlarda illərlə boş qalan vakant yerlərin həkim kadrları ilə təmin olunmasına xidmət edir. Mərkəzləşmiş işə qəbul imtahanları nəticəsində məlum oldu ki, insanlar əvvəllər təəssürat yaradıldığı kimi region tibb müəssisələrindən qaçmırlar, əksinə böyük həvəslə bölgələrə gedirlər”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info