“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
Tarix: 15.10.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Koçaryanın siyasətə qayıtmaq niyyəti hökumətə meydan oxumaqdır”

“Dekabrda Ermənistandakı erkən parlament seçkiləri Nikol Paşinyanın şəxsi qələbəsi, dövlətçiliyin isə məğlubiyyəti olacaq”. Bu fikirlər Ermənistanın sabiq prezidenti Robert Koçaryana məxsusdur:
"Bu, Paşinyanın şəxsi qələbəsi, lakin dövlətimizin ciddi məğlubiyyətidir. Mən baş nazirin 2008-ci il 1 mart hadisələrinin əsas iştirakçılarından biri olduğunu xatırlatmaq istəyirəm. Həmin günlərdə İrəvandakı kütləvi iğtişaşların təşkilatçısı məhz o idi. Siyasi meyarlara görə, onlar tarixi yenidən, özlərinə sərf edən kontekstdə yazmağa çalışırlar. Bu gün mənim məqsədim bu balansın bərpasına kömək etməkdir”. R. Koçaryan bu sözləri “Bloomberg”ə müsahibəsində bildirib: “Belə düşünürəm ki, bu gün Paşinyanın mənə qarşı olan şəxsi nifrəti ölkənin hüquq-mühafizə orqanlarının da fəaliyyətində öz əksini tapıb".
R. Koçaryan parlament seçkilərində elə bir yeniliyin olmayacağını, sadəcə, "siyasi bir monopoliyanın dıgəri ilə əvəz olunacağını" bildirib: “Bu gün "Nikol Paşinyanın partiyası formalaşmayıb, bu partiya dövlət idarəetməsinin ən mürəkkəb məsələləri üçün məsuliyyət daşımaq qabiliyyətinə malik deyil. Lakin buna baxmayaraq, onlar idarəçiliyə peşəkarları cəlb etmirlər. Bu, inqilabi romantizm inqilabçılığın digər tərəfinə çevrilə bilər»
Maraqlıdır ki, Qarabağ münaqişəsi ilə bağlı da narahatlığını bildirən Koçaryan münaqişənin hər an müharibə həddinə çata biləcəyini də istisna etməyib.
Təbii ki, R.Koçaryanın «Aysor» saytında yer alan bu açıqlamasının cavabı qarşı tərəfdən o qədər də gecikməyib. Belə ki, ermənilərin «1in.am» saytı Koçaryanı ilk olaraq, «Kremllə sıx əlaqəsi olan bir şəxsin siyasətə qayıtmaq niyyətini hökumətə meydan oxumaq» niyyəti kimi dəyərləndirir. Sabiq prezidentin «Bloomberg»ə verdiyi açıqlamasında elə də bir yeni fikir söyləmədiyini diqqətə çatdıran sayt, onun «Rusiya prezidenti ilə dostluq münasibətləri barədə» danışığını özünüreklam kimi dəyərləndirir: «…Koçaryan yenə də öz üslubuna sadiqdir. Belə ki, Nikol Paşinyan hökumətini tənqid edən sabiq prezidentin, belə görünür ki, heç bir alternativ variantı yoxdur. Bununla belə, öz açıqlamasında ziddiyyətli fikirlər səsləndirən Koçaryan açıq təhdidlərdən belə, çəkinmir».

“Əgər Koçaryan əvvəllər törətdiyi 27 oktyabr və 1 mart hadisələri ilə siyasətə qayıtmaq istəyirsə, bu, artıq onu siyasətə yox, həbsxanaya aparacaq”

Sayt daha sonra yazır: «Bloomberg»ə verdiyi açıqlamada Robert Koçaryan dekabr ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini bildirir. O, Ermənistanda baş nazir postunu tutmaq iddiasının olmadığını bildirməklə, açıqlamasındakı əsas kontrastı ortaya qoymuş olur. Belə ki, siyasətə qayıtdıqdan sonra təzyiqlərə məruz qaldığını bir neçə dəfə vurğulayan Koçaryan dərhal da parlament seçkilərində iştirak etməyəcəyini və baş nazir vəzifəsini tutmağı planlaşdırmadığını deyir».
Sayta görə, Koçaryan bunları deməklə yalan danışır. Belə ki, əgər onların oktyabrın 2-də parlamentdə təşkil etdikləri «oyun»un qarşısı əks-inqilabla alınmasaydı, Koçaryan baş nazir vəzifəsini yerinə yetirməyə hazır olacaqdı. Bundan başqa, sabiq prezident yalnız parlamentdə hakimiyyətə qayıtmaq şansına sahib idi və bunun fövqəladə parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Bu gün erməni cəmiyyətində elə də böyük xidməti olmayan Koçaryanın xalq arasındakı reytinqi sıfıra bərabərdir. Seçkilərdə Robert Koçaryanın olmamasının yeganə müsbət nəticəsi odur ki, proses "qara" və "ağlar"ın irrasional qarşıdurmasına mümkün qədər az təsir göstərəcək.
Digər tərəfdən, əgər Robert Köçaryan, doğrudan da, siyasətə qaytmaq istəyirsə, bunu etməyin yeganə yolu seçkilərdir. Əgər Koçaryan əvvəllər törətdiyi 27 oktyabr və 1 mart hadisələri ilə siyasətə qayıtmaq istəyirsə, bu, artıq onu siyasətə yox, həbsxanaya aparacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info