Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
Tarix: 15.10.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Oktyabrın 19-da “Star” neft emalı zavodunun (NEZ) açılışı olacaq. SOCAR-ın Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavodun açılışı və əhəmiyyəti ilə bağlı Türkiyə mediasında geniş yazılar dərc edilir.
“Aksam.com.tr” saytında “STAR neft emalı zavodu 19 oktyabrda açılır” başlıqlı yazıda qeyd edilir ki, Türkiyənin xarici ticarət kəsirini illik 1,5 milyard dollar azaltması nəzərdə tutulan və özəl sektor tərəfindən bir sahəyə yatırılan ən böyük investisiya olan STAR neft emalı zavodunun açılışı olacaq. SOCAR-ın Türkiyə sərmayələri içində əhəmiyyətli paya sahib zavodun 19 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçiriləcək.
“Ahaber.com.tr” saytında isə “STAR neft emalı 19 oktyabrda Ərdoğan və Əliyev tərəfindən açılacaq” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, İzmir Aliağada SOCAR-ın 6,3 milyard dolar yatırım dəyərində reallaşdırdığı STAR neft emalı zavodu istehsal fəaliyyətinə 19 oktyabrda cümə günü təşkil olunacaq açılış mərasimi ilə başlayacaq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Türkiyədə özəl sektorun ən böyük sərmayəsi olan və strukturunda 20 fabrikə sahib olan STAR neft emalı zavodu iki ölkənin dövlət başçıları ilə yanaşı, maliyyə naziri Berat Albayrak, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR prezidenti Rövnəq Abdullayev, SOCAR Türkiyənin İdarə Heyətinin sədri Vaqif Əliyev, “SOCAR Turkey Enerji A.Ş.”-nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov, “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter, Petkimin icraçı direktoru Anar Məmmədov və Petlimin icraçı direktoru Doğan Çırakoğlunun iştirakı ilə mərasimlə açılacaq. PETKİM zavodlarına əlavə olaraq, 2011-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əsası qoyularaq inşaatına başlanan 2 min 860 hektarlıq ərazidən ibarət 3 ədəd piyada və 20 istehsal obyekti ilə mütəşəkkil sənaye zonasına malik Star Neft Emalı Zavodu 6,3 milyard dollar dəyərindədir. Türkiyədə ilk dəfə təmizləyici neft-kimya inteqrasiyasını quran müəssisə, açıldıqdan sonra birbaşa 1100 nəfəri işlə təmin edəcək.
“Yenisafak.com” saytında dərc edilən “STAR neft emalı zavodu 19 oktyabrda fəaliyyətə başlayacaq” başlıqlı yazıda isə qeyd edilir ki, Türkiyənin xarici ticarət kəsirini illik, ən azı, 1,5 milyard dollar azaltması nəzərdə tutulan və özəl sektor tərəfindən ən böyük sərmayə olan STAR neft emalı zavodu 7 il yarım müddətdən sonra açılışa hazırlaşır. İki ölkə liderinin iştirakı ilə açılış mərasimi təşkil olunacaq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Tikilişi üçün 17 milyon kubmetrlik qazıntı işlərinin aparıldığı zavodda 250 min ton ilə təxminən 20 Eyfel Qülləsi quracaq qədər polad, 400 min kubmetr ilə kiçik bir qəsəbə quracaq qədər beton və Türkiyəni 4 dəfə dolaşacaq uzunluqda kabeldən istifadə edilib.
STAR neft emalı zavodu quruluş prosesi, eyni zamanda Türkiyədə yüklənən ən böyük yükün transferinə də səhnə olub. Türkiyədə ilk dəfə təmizləyici neft-kimya inteqrasiyasını quran müəssisə, ümumilikdə təxminən 6,3 milyard dollara başa gəlib. Tikintisində gündəlik 10 min işçinin çalışdığı obyektdə keçən ilin noyabr ayında bu rəqəm 19 min 500-ə yüksəlib. “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter bildirib ki, zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. “Star” NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək: “Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq”.
Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.

Avropanın ən müasiri
Zavodun hər il neft qiymətlərinə bağlı olmaqla birlikdə 6-8 milyard dollarlıq bir ticarət həcmi meydana gətirəcəyini deyən M.İlter, Türkiyədə ilk dəfə təmizləyici neft-kimya inteqrasiyasını quran obyektin Avropanın ən müasir müəssisəsi olduğunu deyib.
Müəssisədə xam neftin səmt qazı əldə etmədən birbaşa yüksək əlavə dəyərli məhsullara çevriləcəyini, bu xüsusiyyəti ilə Avropada 3 zavoddan biri olduğunu deyən M. İlter bildirib ki, zavod Azərbaycanın Türkiyə ilə qardaşlığına verdiyi əhəmiyyətin bir göstəricisidir: “Bu, həmçinin xaricə qarşı verilmiş bir mesaj olacaq. Sərmayələrin azaldığı bir dövrdə bu investisiya SOCAR-ın və Azərbaycanın Türkiyə iqtisadiyyatına olan etibarını göstərir”.
Mövzu ilə bağlı “Sondakika.com”, “Bloomberght.com”, “Gunes.com”, “Haberler.com” və digər saytlarda yazılar dərc edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info