Azərbaycanda yeni mərkəz yaradılıb
Tarix: 16.10.2018 | Saat: 09:29:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar verib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılıb. Mərkəzin Nizamnaməsi və strukturu təsdiq edilib. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Nazirlər Kabinetinə: Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi; icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi; nizamnamə fondunun miqdarının müəyyən edilməsi; Əqli Mülkiyyət Agentliyinə inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi; icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; işçilərin say həddinin müəyyən edilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.
Agentlik balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırmalı, həmin əmlakı bir ay müddətində Mərkəzin balansına verməli, Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etməlidir.
Mərkəzin ilkin nizamnamə fondu 500.000 manat təşkil edir. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir.
Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb
20.05.2019
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı xəttinə əlavə avtobuslar buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info