“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
Tarix: 16.10.2018 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikir bildirib. Dövlət başçısı deyib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Dövlət başçısı bildirib ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir: “Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsus olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz, əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”.
Politoloq Ramiz Alıyev “Palitra”ya bildirdi ki, Prezident İlham Əliyev xalq tərəfindən seçilən bir liderdir: “Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdür və heç bir dövlətin daxili işinə qarışmadan, digərlərinin də bizim daxili işimizə qarışmasına imkan vermir. Azərbaycan dövləti dünya dövlətləri ilə sağlam şəkildə əlaqə yaratmağa, iqtisadi əlaqələrin güclənməsinə önəm verir”.
Onun sözlərinə görə, paytaxt Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır: “Cənab Prezidentin də dediyi kimi, ölkəmiz sabit və təhlükəsiz ölkə olaraq tanınıb və dünya ölkələri tərəfindən qəbul olunub. Bütün bu göstəricilərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı günü-gündən artıb. Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik ən yüksək səviyyədədir və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirir. Ölkə başçısının əmr və göstərişləri vaxtında və zamanında həyata keçirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə il ərzində bir çox beynəlxalq tədbir və konfranslar təşkil olunur, idman yarışları keçirilir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info