Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
Tarix: 16.10.2018 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-21-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalın açılışı oktyabrın 20-si saat 11:00-da olacaq. Festivalda 300-ə yaxın arıçının iştirakı gözlənilir. “Arıçılıq məhsulları - bal festivalı” Naxçıvanda artıq 3-cü dəfədir təşkil olunur. Bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Milli geyimlər” kimi festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və xarici turist izləyib. Təmiz havası və zəngin bitki örtüyü olan Naxçıvanda hələ qədim zamanlardan arıçılıq geniş yayılıb. Bu gün də bu sahə dövlətin dəstəyi ilə inkişaf etdirilir. Hazırda muxtar respublikada arı ailələrinin sayı 71 mindən çoxdur. “Arıçılıq məhsulları - bal festivalı” keçirilməsi keyfiyyəti, dadı-tamı ilə seçilən Naxçıvan balının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, sahibkarlara öz məhsullarını geniş alıcı kütləsinə təqdim etmək imkanı verir.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info