Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir
Tarix: 16.10.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Oktyabrın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin əməkdaşları, Rusiya, Qazaxıstan, Qırğızıstan və Macarıstanda yerləşən regional tədris mərkəzlərinin nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev mərasimdə çıxış edərək bildirib ki, dünyada gedən qloballaşma prosesləri ilə paralel olaraq ticarət dövriyyəsinin artması gömrük işinin təşkili sahəsində də yeni çağırışları, yeni yanaşmaları ortaya qoyur. Gömrük orqanları həm ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməli, həm də ölkənin iqtisadi təhlükəsizliyini, insanların sağlamlığını, əqli mülkiyyət hüquqlarını qorumalı, hüquqpozmalara qarşı mübarizə aparmalıdır. İqbal Babayev gömrük xidmətlərinin potensialın gücləndirilməsi alətlərinin tətbiqi hesabına bu istiqamətdə qarşılaşdıqları problemləri aradan qaldırmasının mümkünlüyünü və tədbirin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Komitə sədrinin müavini potensialın gücləndirilməsi və gömrük sistemində elmi nailiyyətlərin tətbiqi istiqamətində Azərbaycan Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlərdən də bəhs edib. Bildirilib ki, ölkədə 2014-cü ildə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans, 2015-ci ildə 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən 3 Nobel mükafatçısının iştirak etdiyi ÜGT-nin 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı, 2016-cı ildə “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” və 2017-ci ildə isə “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda beynəlxalq tələbə konfransları və digər mühüm tədbirlər keçirilib.
İqbal Babayev daha sonra Dövlət Gömrük Komitəsi Akademiyasının tədris prosesində elmi nailiyyətlərindən, elm mərkəzləri və institutlarla yaradılan əməkdaşlıq əlaqələrindən bəhs edib. O da bildirilib ki, hazırda Azərbaycanın gömrük-sərhəd keçid məntəqələrində ən müasir gömrük nəzarət vasitələri və avadanlıqları tətbiq olunur. Lakin bu avadanlıqlardan daha da səmərəli istifadə etmək üçün gömrük əməkdaşlarının potensialının artırılması vacibdir, bu sahədə ÜGT və qabaqcıl təcrübəyə malik tərəfdaş ölkələrlə qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac var.
Sonra çıxış edən Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Valeri Şerbakov, ÜGT-nin əməkdaşı Daşqın Əliyev və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermann Azərbaycan Gömrük Xidmətinin göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib, tədbirin qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
İclas oktyabrın 18-dək davam edəcək.
Tədbir müddətində əvvəlki iclasdan sonra görülmüş işlər, 2018-2019-cu illər üçün fəaliyyət planı, elektron ticarət, “bir pəncərə” və rəqəmsal gömrük sahəsində seminarların təşkili və digər məsələlər müzakirə olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info