“ABŞ administrasiyası Ermənistanın yeni rəhbərliyini dəstəkləmir”
Tarix: 16.10.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Biz ABŞ-dan konkret olaraq maliyyə və siyasi yardım gözləyirik. Lakin bu, elə gözlənti olaraq qalır”

Ötən həftə ABŞ-ın Bəhreyndəki sabiq səfiri Adam Erelinin “Washington Times” nəşrində dərc olunan “Ermənistanda anarxiya” başlıqlı yazısı İrəvandakı bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Amerikalı diplomata cavab vermək niyyətinə düşən “ArmenianReport” saytı “tənqidi yazı” ilə çıxış edib. Amerikalı diplomatın Nikol Paşinyan haqqında yazdıqlarını “anlamayan” sayt qeyd edir ki, “onu hakimiyyətə erməni xalqı gətirib”: “Biz tez-tez Rusiyanı “Ermənistanın tərəqqisinə imkan vermədiyi üçün” tənqid edirik. Amma “onlar Ermənistanı bərabərhüquqlu müttəfiq kimi görürlərmi” sualına birmənalı cavab yoxdur”. Erməniləri daha çox qıcıqlandıran amerikalı diplomatın “Ermənistanın anarxiya içində olmasını, ölkədə dövlət hakimiyyətinin olmaması səbəbindən qanunsuzluq və siyasi qarışıqlığın olduğunu” bəyan etməsidir. Amma sayt Ermənistandakı qanunsuzluğun əvvəlki hakimiyyət dövründən qaldığını bildirir. Sayt yazır ki, amerikalı diplomatın “Ermənistanın institusional dağılmasının nəticələri Avropa və Qafqaz üçün yaxşı bir şey vəd etmir” cümləsi onun şəxsi niyyətini ortaya qoyur: “Belə çıxır ki, o, ilk olaraq, ABŞ-ın bölgədəki maraqları barədə düşünür. Biz gürcü və ukraynalıların amerikalıların qayğısından uzaq düşdüklərinə şahidlik edirik. Bütün bunlara baxmayaraq, ABŞ qlobal hegemonluğunu genişləndirmək arzusundadır. Lakin unutmaq lazım deyil ki, artıq Çin də hegemon dövlət statusu qazanmaq üçün öz qüdrətini artırmaqdadır. Biz Adam Erelinin rəsmi Vaşinqtonun mövqeyindən çıxış etmədiyinə ümid edirik. Amma bütün bunlara baxmayaraq, onun fikirləri ABŞ administrasiyasının Ermənistanın yeni rəhbərliyini dəstəkləmədiyinə də dəlalət edir. Çünki biz ABŞ-dan konkret olaraq maliyyə və siyasi yardım gözləyirik. Lakin bu, elə gözlənti olaraq qalır”. Sayt yazır ki, Kreml də Paşinyanın siyasi səhnədən getməsini arzulayır.
Qeyd edək ki, erməni siyasi ekspertlər baş nazir Nikol Paşinyanın istefası ilə bağlı addımın riskli olduğunu deyirlər. Ekspertlərin fikrincə, baş nazirin dəstəklədiyi blok dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gəlməyə bilər. “İrs” partiyasının sədri Armen Martirosyan deyib ki, sabiq prezident Robert Koçaryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatı Nikol Paşinyanı arxayın etməyib. Koçaryan, hələlik buna hazır olmadığını bildirsə də, vəziyyət pisləşəcəyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də tam qərar qəbul etməyib. Vəziyyət isə iki ay ərzində hər an dəyişə bilər. Beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçkilər keçirməsinə narazıdır. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info