“Milli şura” Azərbaycana diktator təqdim edir”
Tarix: 04.07.2013 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Namizədliyin dünən verilib, bu gün sən artıq caamatın ağzından vurmağı tələb edirsənsə, gör sabah sənin əlində hakimiyyət olsa, caamatın başına nə oyun açarsan”

“Milli şura”nın prezidentliyə vahid namizəd seçdiyi Rüstəm İbrahimbəyovun «Azadlıq» radiosunun canlı efirində səsləndirdiyi fikirlər kinodramaturqun demokratiya, azad sözə münasibətini gün işığına çıxardı. Onun açıqlamaları radikal düşərgənin vahid namizədinin azad sözə, mətbuata, fərqli düşəncəyə, tolerantlığa qarşı olduğunu sübut etdi. Kinodramaturq-siyasətçi canlı efirdə hakimiyyətə gəldikdən sonra “jurnalistlərin ağzını qapadacağını” bildirib. Budurmu Rustəmin, onun “şura”sının demokratiya anlayışı? Allah sizin kimilərdən bu xalqı qorusun. Rüstəm İbrahimbəyovun səsləndirdiyi sərt ifadələr digər müxalifət partiyalarında da narazılığa səbəb olub. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Trend”ə bildirib ki, bu ifadələr Rüstəm İbrahimbəyovun içərisində demokratiya ilə bir araya sığmayan ruhun olduğunu göstərir: "Öz tərəfdarının ağzının üstündən vurulmasını tələb edən, fərqli fikir dediyinə görə təxribatçı adlandıran bir adam sabah öz əlehdarlarına necə divan tutar?". S.Cəlaloğlu hesab edir ki, burada söhbət yalnız müxalifətin vahid namizədini müəyyən etməkdən getmir, vahid nəmizədin həm də demokrat olmasından, bütün cəmiyyəti qucaqlamaq imkanına malik olmağından, ən azı tolerant olmağından, başqa fikrə, düşüncəyə hörmətlə yanaşmağından gedir: "Əgər öz tərəfdarın haqqında "ağzından vurmaq lazımdır" deyirsənsə, sən necə demokrat ola bilərsən?! Mən Rüstəm İbrahimbəyovun o fikirlərindən çox narahat oldum ki, «milli şura» Azərbaycana diktator təqdim edir. Rüstəm İbrahimbəyovun bu ritorikası diktator ritorikasıdır".
S.Cəlaloğlu vurğulayıb ki, danışan adamın ağzının üstündən vurmağı yalnız diktator tələb edə bilər: "Namizədliyin dünən verilib, bu gün sən artıq caamatın ağzından vurmağı tələb edirsənsə, gör sabah sənin əlində hakimiyyət olsa, caamatın başına nə oyun açarsan. Rüstəm İbrahimbəyovun antidemokratik düşüncə tərzinə görə «milli şura»dan Azərbaycanı yaxşı sürpriz gözləmədiyi qənaətinə gəlmişəm".
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info