Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
Tarix: 17.10.2018 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin fizika müəllimi Gülsarə Həsənovanın “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi uğurla davam etdirilir.
Təhsil İnstitutundan bildirilib ki, layihə çərçivəsində bu ilin avqust ayı ərzində Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbdə qurulan fizika kabineti proyektor, yazı lövhəsi və internetlə təmin edilib. İlkin hazırlıq işləri başa çatdıqdan sonra hər birində 17 nəfər olmaqla iki qrupdan ibarət 34 şagird ödənişsiz kurslara cəlb edilib. Şagirdlərin hər biri əlavə dərs vəsaiti ilə təmin olunub. Dərslər həftədə iki dəfə olmaqla 2 saat müddətində keçirilir. Tədris prosesində müasir informasiya kommunikasiya vasitələrinin imkanlarından istifadə edilir.

İcra müddəti beş ay olan layihə üzrə işlər noyabrın 20-də başa çatacaq.
Masazır qəsəbəsinin ərazisində yerləşən Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbdə hazırda 640 şagird təhsil alır. Bu il məktəbin 52 məzunundan 40-ı ali təhsil müəssisələrinə, 4-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlardan ikisi 600-dən yuxarı bal toplayıb.
Xatırladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və onlarda çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info