Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Tarix: 17.10.2018 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


Ölkə başçısının tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edib. Nazir qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nazirlikdən bildirilib ki, qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.
Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Yevlax sakinlərinin müraciətləri gənc mədəniyyət işçilərinin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsabiqələrin (brain-rinq) keçirilməsi, televiziyalarda regionların mədəni həyatının geniş şəkildə işıqlandırılmasına köməklik göstərilməsi, Xalq teatrının aktyorlarının peşəkarlığının artırılması üçün ustad dərslərinin təşkili barədə olub.
Bərdədən qəbula gələn vətəndaşlar tərəfindən küçə rəssamlıq sənətinin inkişafına dəstək verilməsi, Döyüş şöhrəti muzeyinin yaradılması, görkəmli yazıçı Mir Cəlalın 110 illiyinə həsr olunmuş respublika üzrə gənc yazıçılar arasında müsabiqə keçirilməsinə köməklik edilməsi, işlə təmin olunma barədə müraciətlər edilib.
Ağcabədi sakinləri şəhər Uşaq musiqi məktəbinə görkəmli xanəndə Zülfü Adıgözəlovun adının verilməsi, Mərkəzləşdirilmiş kitabxana sistemi üçün inzibati binanın tikilməsi, rayondakı Rəsm qalereyasına yeni əsərlərin verilməsini xahiş ediblər.
Tərtər sakinləri qeyri-maddi irsimizin geniş şəkildə təbliğ edilməsi məqsədilə regionlararası festivalların təşkil olunması, regionların özünəməxsusluğunu əks etdirən məlumatlardan ibarət kitabların nəşr edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər. Ağdam və Laçından qəbula gələnlərin müraciətləri ləğv olunmuş klub müəssisələrində olan ştat vahidlərinin rayon Mədəniyyət mərkəzinə verilməsi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarının müvafiq əyani vəsaitlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin portretləri ilə təmin olunması və digər məsələlər barədə idi.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda
18.11.2018
Vaşinqtonda Azərbaycan Mədəniyyət Günü keçirilib
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info