Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
Tarix: 17.10.2018 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, öyrətmə və öyrənmə prosesinin pedaqoji və texnoloji ehtiyaclarının ödənilməsi üçün insan kapitalının inkişaf etdirilməsi olduqca vacibdir. Bu baxımdan, davamlı olaraq professor-müəllim heyətinin peşəkarlığının artırılması üçün universitetdə mütəmadi tədbirlər görülür. Belə önəmli addımlardan biri də ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) birgə layihəsidir. Aprel ayından başlanmış layihənin əsas məqsədi ADPU-da ingilis dilini tədris edən professor-müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində ADPU-da mövcud olan hər iki kafedranın, həmçinin Şəki Filialının professor-müəllim heyəti prosesə cəlb edilmiş, ilk olaraq dil bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə ölkəmizdə “Cambridge Assessment English Exam Centre”-in rəsmi nümayəndəsi AMİM tərəfindən “Cambridge English Placement Test (CEPT)” imtahanları təşkil edilib. İmtahanların nəticələrinə əsasən yüksək nəticə əldə etmiş müəllimlər üçün “TKT Modul 1 – Dil tədrisinin əsasları” və “İngilis dili” adlı təlimlər təşkil edilmişdir. Cari ilin sentyabr ayından başlayan təlimlərdə ADPU üzrə 28 nəfər, Şəki Filialı üzrə 11 nəfər müəllim iştirak edir.
Oktyabrın 16-da CEPT imtahanlarından yüksək nəticə əldə etmiş və hazırda adıçəkilən təlimlərdə iştirak edən müəllimlərlə görüş keçirildi. Müəllimlik peşəsinin ucalığını qeyd edən rektor, professor Cəfər Cəfərov xarici dil bilməyin əhəmiyyətini qeyd edib. Müasir dünyada müəllimlərin öz peşələri ilə yanaşı, ən azı iki xarici dildə danışmaq təcrübəsinin geniş yayıldığını vurğulayan rektor ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində, beynəlxalq reytinq cədvəllərində əsas göstəricilərdən biri kimi əcnəbi tələbələrin cəlbi prosesində xarici dillərin vacibliyinə toxundu. Bir ali təhsil müəssisəsi kimi gələcək nəsillərin formalaşmasında fəal rol oynamaq, daha çox beynəlxalq layihələr həyata keçirmək, digər ixtisaslar üzrə tədris aparan professor-müəllim heyətini də bu proseslərə cəlb etmək üçün əsas ağırlığın məhz ingilis dili müəllimlərinin üzərinə düşdüyünü bildirib. Tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə görülən tədbirlərdə müəllimlərin fəal iştirakının vacib olduğunu qeyd edən professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt proqramı çərçivəsində xarici mütəxəssislərlə əməkdaşlıq imkanlarına toxunub, müəllimləri təşəbbüskar olmağa səsləyib. Çıxışının sonunda rektor görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müəllim mərkəzli tədrisdən tələbə mərkəzli sistemə keçidə toxunan Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə müəllimlərə uğurlar arzulayıb.
Sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Nailə Sadıqova, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, müəllimlər Gülhəyat Abdullayeva, Hicran Babayeva, Jalə Səmədova yaradılmış bu imkanlar üçün universitet rəhbərliyinə təşəkkür ediblər.
Eyni zamanda bildiririk ki, layihə çərçivəsində ADPU-da hazırlanan gələcək ingilis dili müəllimlərinin bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də prosesə cəlb edilib, CEPT imtahanlarında iştirak ediblər. Qeyd edək ki, monitorinq xarakteri daşıyan bu imtahanlar tələbələrin ADPU-da verəcəkləri imtahan və Buraxılış Yekun Dövlət Attestasiyasının nəticələrinə heç bir şəkildə təsir göstərmir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
24.08.2019
Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb
23.08.2019
Abituriyentlərin nəzərinə
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
22.08.2019
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info