Türkiyəli nazir: Bakı-Tbilisi-Qars vasitəsilə yük daşımaları 3 milyon tona çatdırılacaq
Tarix: 17.10.2018 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında hər həftə 3 yük reysi həyata keçirilir. Bunu Trend-ə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.
Onun sözlərinə görə, Türkiyə BTQ vasitəsilə Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya kimi ölkələrə tikinti materialları, yuyucu vasitələr, ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edir və öz növbəsində, taxıl, dəmir və sink idxal edir.
Nazir onu da qeyd edib ki, dəmir yolunun istifadəyə verildiyi gündən 102 konteyner qatarı ilə 100 min ton yük daşınıb:
“BTQ dəmir yolu vasitəsilə uzunmüddətli perspektivdə illik 17 milyon ton, ortamüddətli perspektivdə isə 3 milyon ton yük daşınması planlaşdırılır”.
M.C.Turhan bildirib ki, BTQ dəhlizi tarixi İpək Yolunun bərpası üzrə işlərin bir hissəsi olub:
“BTQ dəmir yolu istifadəyə verildikdən sonra Türkiyə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizi yarada bildi. Eyni zamanda, bu layihənin başa çatması ilə Türkiyənin Milli Dəmir Yolu Şirkəti 2018-ci il fevralın 15-dən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının üzvü olub”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info