Lera Kurmakaeva ADU-da təlim keçib
Tarix: 17.10.2018 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Amerikanın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva universitetin doktorantları və gənc tədqiqatçılarına “Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər” mövzusunda təlim keçib.
L.Kurmakaeva 16-19 oktyabr tarixlərində Bakıya səfəri zamanı “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək” layihəsi çərçivəsində paytaxtın bir sıra aparıcı universitetlərində silsilə təlimlər keçir.
Təlimin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdən ibarətdir.
Rus dilində aparılan təlim iki hissədən ibarət olub.
Təlimin birinci hissəsində təlimçi Lera Kurmakaeva “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verib.
İkinci hissədə isə “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlər haqqında danışıb.
Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
21.01.2019
Azərbaycan məktəbləri beynəlxalq mükafata layiq görülüb
21.01.2019
“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info