“Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır”
Tarix: 17.10.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


“Növbəti illərdə islahatların dərinləşməsi Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”

“Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyini müsbət qiymətləndirmək olar. Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarındandır. Bu, yeganə forumdur ki, dünyanın aparıcı hökumət və dövlət liderlərini bir araya yığır. Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edəcək hesabatlardır. Xüsusən də illik görüşlərində qlobal müzakirənin də aparılması ondan xəbər verir ki, Dünya İqtisadi Forumu qlobal məsələlərə təsir imkanı olan forumdur”. Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, son hesabatda yeni metodologiyadan istifadə olunub və burada həm ümumi istiqamət, həm də indikatorlar üzrə qiymətləndirmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. İndikatora görə, Azərbaycanın mövqeyi biznesin qeydiyyatdan keçmə indeksinə görə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci yerdə bərqərar olub. Bu da müsbət məqam kimi qiymətləndirilə bilər. "Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə dünyada ilk pillədədir. Ölkəmiz həm də sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır, bəzi indikatorlara görə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Bu indikatorlar göstərir ki, Azərbaycanın mövqeyində yaxşılaşmalar qeydə alınıb" - deyə V.Bayramov bildirib. Ekspert hesab edir ki, növbəti illərdə islahatların dərinləşməsi Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info