Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq
Tarix: 17.10.2018 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə ay ərzində Bakı şəhərinin inkişaf konsepsiyasını yekunlaşdırmağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə komitə sədri Samir Nuriyev deyib. Onun sözlərinə görə, ilin sonunadək beynəlxalq nüfuzlu şəhərsalma və memarlıq şirkətinin açıq tender vasitəsilə bu prosesə cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda, gələn ilin əvvəlindən Baş Planın texniki hissəsinin işlənilməsinə başlanılacaq. Komitə sədri qeyd edib ki, Bakının ümumi planın olması çox zəruri şərtlərdən biridir. “Bu sənədin hazırlanması kifayət qədər böyük əmək sərfi ilə yanaşı, bütün dövlət orqanlarının həmin sənəd üzərində işləməsini tələb edir. Bu, həm də gələcəkdə şəhərin düzgün istiqamətdə inkişafı deməkdir və tək texniki sənəd deyil, sosial, iqtisadi və mədəniyyətlə bağlıdır. Şəhərin inkişafını özündə cəmləşdirən bir sənəddir”.
Baş Planın təsdiqindən sonra onun icrasına nəzarət sisteminin qurulması mexanizminin də çox vacib olduğunu vurğulayan S.Nuriyev bildirib ki, Bakının inkişaf konsepsiyasının hazırlanması prosesində bütün müvafiq qurumlarla əməkdaşlığa başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info