Qaradağ rayonunda doqquz ayda 1708 yeni iş yeri yaradılıb
Tarix: 17.10.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Prezidentin Nazirlər Kabinetinin 9 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezidentin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayıb. Belə ki, 2018-ci ilin doqquz ayında ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. Doqquz ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 45 milyard dollar səviyyəsinə çatıb, ticarət dövriyyəsi 37 faiz artıb. 9 ay ərzində 85 min daimi iş yeri yaradılıb.
Süleyman Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirib ki, sənaye sahəsində 793 mln. 430 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln. 499 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. Bundan əlavə 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıb, istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 milyon 487 min manatlıq istehlak malları satılıb. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 547 milyon 465 min manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 dəfə çoxdur. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 157 milyon 609 min manat həcmində əsas fondlar istifadəyə verilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln. 340 min manat təşkil edib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artıb. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2018-сi ilin doqquz ayı ərzində 720 ailəyə ünvanlı sosial yardım təyin edilib. 2018-ci ilin doqquz ayında rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 1708 yeni iş yeri yaradılıb.
Sonra hesabat məruzəsi ətrafında Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Oqtay Sadıqov, Qaradağ Rayon Məşğulluq mərkəzinin direktoru Çapay İbrahimov məruzə ətrafında çıxış ediblər.
Daha sonra Prezidentin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyun 2018-ci il tarixli, sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Aydın Zəkiyev təbrik edilib. Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yekun vurub.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info