Dövlət Komitəsində görüş keçirilib
Tarix: 17.10.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov oktyabrın 17-də "Yehovanın Şahidlərinin" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb. Sədr müavini qonaqlara ölkəmizdəki sabit dini durum, nümunəvi tolerantlıq mühiti, eləcə də dinlərarası harmoniya barədə məlumat verib. Bildirib ki, ölkəmizin milli, dini xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti xalqımızın genefondunda özünə yer tapıb. Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan nadir ölkələr sırasında ön sıralarda yer alır. Ölkədə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı, digər dinlərin mənsublarına da öz inanc və etiqadlarına uyğun
yaşamaları üçün bərabər şərait yaradılıb, bütün dini icmalar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan sədr müavini Ermənistanın təcavüzakarlıq siyasətinin davam etdirməsinin təkcə ölkəmizdə deyil, bütün regionda sülh və sabitliyin təmin edilməsinə, dinlərarası əməkdaşlığın bərqarar olunmasına ciddi problemlər yaratdığını deyib. Söhbət əsnasında bəzi beynəlxalq hesabatlarda ölkəmizdə adıçəkilən icmanın fəaliyyətinin məhdudlaşdırılması barədə qeyri-obyektiv məlumatların yer aldığı diqqətə çatdırılıb. "Yehovanın Şahidlərinin" Avropa Assosiasiyasına bu cür qərəzli informasiyalara qarşı obyektiv
mövqe nümayiş etdirmələri tövsiyə olunub. Ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edən qurumun sədri Toni Breys Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirib. Dini icma üzvlərinin sərbəst fəaliyyətinə görə yaradılan şəraitə, eyni zamanda icmanın rastlaşdığı problemlərin həllində
göstərilən dəstəyə görə razılığını ifadə edib. Beynəlxalq hesabatlarda həqiqətə uyğun olmayan məlumatların yayılmasının qarşısının alınması üçün səy göstərəcəklərini bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info