Erməni polisləri sərhəddə xidmətdən imtina edirlər
Tarix: 17.10.2018 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Ermənilərin «Qrapark» nəşrinin yazdığına görə, son zamanlar ölkənin daxili polis bölmələrində xidmət edən polislar arasında narazılıq artmaqdadır. Belə ki, Ermənistanda şəhər və qəsəbələrdə çalışan polis əməkdaşları yeni şərtlərə uyğunlaşa bilməyəcəklərini iddia edirlər. Xatırladaq ki, bu ilin avqust ayında Ermənistanın Baş naziri Nikol Paşinyan daxili polis əməkdaşlarının 15 gün müddətinə Ermənistan-Azərbaycan sərhədində xidmət etmələri üçün göstəriş verib. Lakin maraqlıdır ki, Paşinyanın bu göstərişi daxili polis əməkdaşları üçün o qədər də ürəkaçan olmayıb. Onlar Ermənistan-Azərbaycan sərhədinin təhlükəli ərazilərində xidmət etməkdən imtina etmək üçün müxtəlif variantlara əl atmaq məcburiyyətində qalıblar.
Ermənilərin «Aysor» saytının yazdığına görə, artıq daxili polis bölmələrində xidmət edən polis əməkdaşları kütləvi şəkildə rəhbərliklə bağladığı müqaviləni ləğv etdirərək orqandan xaric olunmağı özləri üçün «nicat yolu» seçiblər. Qəribədir ki, onlar sərhəddə edəcəkləri xidmət müqabilində alacaqları əlavə 32 min dramdan da imtina edirlər.
Maraqlıdır, erməni polislərini bu addamı atmaqdan çəkindirən nədir? Təbii ki, ilk olaraq, qorxu hissidir. Qeyd edilməlidir ki, hələ ötən əsrin birinci dövründə erməni mühitinə düşən rus yazar, podpolkovnik Tverdoxlebov ermənilərə yaxından bələd olduqdan sonra yazırdı: «Mənfur ermənilər döyüş meydanındakı əsl əsgərlərdən qorxaqcasına qaçırlar, əsasən qocaların, qadınların, uşaqların və əliyalın insanların üstünə kütləvi hücumlarda «mərd» və «cəsurdurlar». Əslində bu, doğrudan da, belədir. Təsadüfi deyil ki, qəribə də olsa, bunu erməni tarixçilərindən olan Qevorq Aslan da etiraf etmək məcburiyyətində qalıb. Xalqının vətənpərvərlik hissindən uzaq olduğu barədə yazan erməni tarixçi onların «bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyasını»n da cəfəngiyyatdan başqa bir olmadığını bildirmişdi. Məhz bu mənada erməni polislərinin etirazları da başadüşüləndir. Çünki onların arasında da, işğal edilib «erməni torpağı» kimi qələmə verdikləri ərazilərdən nə vaxtsa çıxacaqlarını anlayanlar var. Məhz bu mənada vətənpərvərlikdən məhrum hər hansı bir erməni polisinin işğal edilmiş qonşu ölkə torpaqlarında «vətənpərvərlik» nümayiş etdirmək istəyi inandırıcı görünmür. Sərhəddə xidmətdən imtina edən polislər anlayırlar ki, işğal olunmuş torpaqlar onların deyil, gec-tez əsl sahiblərinə qaytarılmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info