AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
Tarix: 17.10.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində iştirak edib. AzerTelecom şirkətinin Baş İcraçı Direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub. Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitəvə Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Rusiya Federasıyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Naziri Konstantin Noskov, Türkmənistan Respublikasının Nazirlər Kabinetinin sədrinin Nəqliyyat və Rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və Rabitə Naziri Bayramgeldi Ovezovvə digər qonaqlarla görüşərək AzerTelecom şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib. “Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. “Türkmentel 2018” sərgisində iştirak Orta Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu” - deyə baş icraçı direktor qeyd edib. Sərgi çərçivəsində həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə AzerTelecom şirkətinin xidmətlərivə sərgidə iştirakı barədə ətraflı müsahibələrverilib. Sayca 11-ci olan “Türkmentel 2018” sərgisində Sony, Huawei, Samsung, Nokia, Space Systems International Monaco, Türksat, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom, Polar Power, Gospel kimi dünyaca tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər. Qeyd edək ki, AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info