Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
Tarix: 17.10.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Rusiyanın TASS agentliyində Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, oktyabrın 19-20-də keçiriləcək müsabiqənin münsiflər heyətinin sədri Tamara Sinyavskaya və üzvləri “Gelikon-opera” teatrının bədii rəhbəri Dmitri Bertman, Novosibirsk Opera və Balet Teatrının musiqi rəhbəri Dmitri Yurski və “İstedad və uğur” təhsil fondunun rəhbəri Hans Yohim Fray yarışmanın şərtləri, proqramı və iştirakçıları barədə məlumat veriblər. Müsabiqədə 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, İspaniya, Moldova, Koreya Respublikası, Monqolustandan 18 vokalçı iştirak edir. Münsiflər heyətinə SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, “Gelikon-opera” teatrının bədii rəhbəri Dmitri Bertman, Novosibirsk Opera və Balet Teatrının musiqi rəhbəri Dmitri Yurski və “İstedad və uğur” təhsil fondunun rəhbəri Hans-Yohim Fray, İtaliya opera müğənnisi Farina Franko, İtaliyanın opera və estrada müğənnisi Alesandro Safino və başqaları daxildir. Azərbaycanı müsabiqədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anton Ferştant təmsil edəcək. O, Müslüm Maqomayevin repertuarından “Karmen” operasından Eskamilyonun kupletlərini, Elvis Preslinin “Love Me Tender” mahnısını, “Otello” operasında Yaqonun monoloqunu və “Ey, əziz anam, Azərbaycan” mahnısını ifa edəcək.
Anton Ferştant 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirib, 2007-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Bu il ilk dəfə müsabiqəyə türkiyəli vokalçısı, gənc soprano Ayşə Şənoğul da qatılıb. Ayşə Şənoğul əslən İzmirdəndir, hazırda İtaliyadakı Cüzeppe Verdi Opera Teatrında çalışır.
Müsabiqədə iştirak edən 18 vokalçıdan yalnız 10 nəfəri birinci turun nəticələrinə görə finala çıxa biləcək və Müslüm Maqomayev adına müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqdır. Müsabiqədə birinci yerin sahibi 25 min dollar, ikinci yerə layiq görülən vokalçı 15 min dollar, üçüncü yeri tutan iştirakçı isə 10 min dollar məbləğində mükafat alacaq. Müsabiqənin final konserti oktyabrın 20-də “Crocus city hall” konsert zalında təşkil olunacaq. Xatırladaq ki, vokalçıların M.Maqomayev adına Beynəlxalq Müsabiqəsi 2010-cu ildən başlayaraq iki ildən bir keçirilir.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında
24.08.2019
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24.08.2019
Ukraynadakı soydaşımız dövlət ordeni ilə təltif edilib
23.08.2019
25-ci Saraybosna Film Festivalının ən yaxşıları kimlər seçildi?
23.08.2019
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info