Ənənəvi müxalifət seçkisonrası cığallıqlara hazırlaşır
Tarix: 04.07.2013 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Asim Mollazadə: “Bu cür açıqlama və planlara qarşı hazır olmaq lazımdır”

Elşad Musayev: “Siyasi qüvvələr hər zaman - seçkilərdən əvvəl də, seçkilərdən sonra da hazır olmalıdır”


Radikal və ənənəvi müxalifət düşərgəsi həmişə olduğu kimi, bu seçki ərəfəsində də gücsüzlükdən və müxalif başçıların qərəzindən doğan cığallıqlara hazırlaşır. Belə ki, normal seçki kampaniyası apara bilməyən, heç bir sosial bazaya malik olmayan, cəmiyyətin qəbul etmədiyi, seçki platformasından, mobil və modern siyasi texnologiyaları tətbiq etmək üçün intellektual resurslardan, bacarıq və vərdişlərdən məhrum olan köhnə müxalifət bu dəfə də seçkiyə yox, seçkisonrası spekulyasiyalara, iğtişaşlara hazırlaşmaq istədiyini gizlədə bilmir. Çünki normal, sivil və şəffaf seçki ənənəvi cığal müxalifət üçün arzuolunmazdır. Bu cür seçkilərdə vətəndaşlar, seçicilər hər dəfə qeyri-sivil müxalifətə “yox” deyirlər. Müxalifət yenə də indidən seçkidə rüsvayçı məğlubiyyətini gözünün altına alıb. Bu baxımdan radikal müxalif başçılar nəzarətlərindəki qəzetlərə göstəriş veriblər ki, indidən qarşıdurma təbliğatı aparsınlar. Bununla isə radikal müxalifət başçıları bir daha zorakı təfəkkürdən qurtula bilmədiklərini ortaya qoymuş olurlar. Son günlər radikal müxalifətin nəzarətindəki qəzetlərdə bu məsələyə xüsusi diqqət ayrılır. Həmin qəzetlər yazırlar: “Milli şura”nın əsas diqqəti seçkiyə yox, seçkidən bir gün sonraya köklənməlidir”. Bu isə radikalların açıq-aşkar qarşıdurma yaratmaqda maraqlı olduqlarını büruzə verir. Halbuki belə nəhs mövqe, cəmiyyətin seçki iradəsini sarsıtmağa, xaos və anarxiya yaratmağa hesablanmış niyyət digər müxalif partiyalar tərəfindən ikrahla qarşılanır.
Bu cür aqressiv və cığal mövqeyi Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də qəbul etmir. A.Mollazadə “Palitra”ya açıqlamasında bu barədə fikirlərini belə bildirdi: “Bu yanaşmaya ciddi bir şərh verməyə ehtiyac da yoxdur. Bu sadəcə, onların seçkisonrası planının və niyyətinin açıqlanmasıdır. Seçki hazırlığı və kampaniyası aparan siyasi partiya üçün bu cür məsələlərə yanaşma belə olmamalıdır. Bu cür açıqlama və planlara qarşı hazır olmaq lazımdır. Hər kəs öz açıqlaması və siyasi fəaliyyəti üçün məsuliyyəti özü daşıyır”.
“Palitra”ya bu barədə danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də siyasi partiyaların ancaq seçkisonrası günləri düşünməsini qəbul etmir: “Siyasi qüvvələr hər zaman -seçkilərdən əvvəl də, seçkilərdən sonra da hazır olmalıdır”. Onun qənaətincə, fikrini-diqqətini təkcə seçkidən sonrakı vaxta saxlamaq doğru deyil.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info