“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
Tarix: 17.10.2018 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Hollandiyanın “APM Terminals” şirkəti Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı konteyner limanını (“Petlim”) mövcud şəriki SOCAR-a təhvil vermək üçün razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “APM Terminals” məlumat yayıb. Bildirilir ki, səhmlərin transferi üzrə müqaviləyə əsasən xətlərə və müştərilərə göstərilən xidmətlərin davamlılığını təmin etmək məqsədilə limanın idarəçiliyi “APM Terminals” tərəfindən davam etdiriləcək. Satış prosesi müvafiq səlahiyyətli orqanların təsdiqini gözləyir və yaxın aylarda yekunlaşacaq.
Yeni quruluşa görə “Petlim” şirkətinin mülkiyyəti tamamilə SOCAR-a məxsus olacaq və “APM Terminals” tərəfindən idarə olunacaq. Petlim konteyner limanı adlandırılan liman Əliağada yerləşir və illik 1,3 milyon TEU gücü olmaqla Egey bölgəsinin ən böyük limanıdır.

“Son iki ildə “APM Terminals”ın əməliyyatlarını həyata keçirdiyi liman bölgənin ən müasir konteyner limanı olub. İnanırıq ki, regionda ən yüksək işçi təhlükəsizliyi standartları ilə yanaşı, ən böyük bərə performansına da sahib olan bu liman SOCAR tərəfindən inkişaf etdiriləcək”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin konteyner limanının ikinci mərhələsi ötən ilin sentyabrında istifadəyə verilib. Bununla da İzmirin Əliağa rayonundakı limanın tutumu iki dəfə artıb. Liman iki mərhələdə istifadəyə verilməklə ümumilikdə 450 milyon dollara başa gəlib. Liman gəmilərin yan alması üçün 700 metr uzunluğunda bərədən, 42 hektarlıq konteyner saxlama sahəsindən, eləcə də 150 metrlik karqo və yük bərəsindən ibarətdir. 16 metrlik dərinliyi olan bərə 16 min TEU tutuma malik gəmilərə xidmət göstərə biləcək. Hazırda “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu, Türkiyənin isə üçüncü böyük limanıdır.
SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 51 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info