“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
Tarix: 17.10.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Əli Kərimli də başda olmaqla müxalifətin 90 faizi əsl müxalifət deyil”

Son vaxtlar müxalifət düşərgəsində gərginlik, hərc-mərclik, söz savaşı daha da artıb. Əslində, uzun illərdir ki, müxalifət partiyaları bir-birlərinə qarşı əks mövqe sərgiləyirlər, birləşmək, vahid mərkəzdən idarə oluna bilməmək kimi ciddi problemlər yaşayırlar. Bu və digər belə ciddi siyasi səhvlər, səbatsızlıq ucbatından müxalifət liderləri olub-qalan sosial bazalarını da zəiflədiblər, artıq Azərbaycan cəmiyyətində müxalifətçilərə qarşı qıcıq yaranıb...
Konkret olaraq son proseslərə gəldikdə isə Əli Kərimli və digər müxalifət nümayəndələri və onların yaxın çevrələri uzun müddət “dostum-qardaşım” deyib, öz düşərgələrində gördükləri Qurban Məmmədovu artıq nümayişkaranə şəkildə özlərindən uzaqlaşdırırlar, hətta bu adama “agent” damğası da vururlar. Qurban Məmmədov da öz növbəsində bütün bu ittihamları və ona qarşı qaldırılan adamların təhqirlərini cavabsız qoymur, zaman-zaman sosial şəbəkələr üzərindən videogörüntülər vasitəsilə çıxışlar edərək kimin kim olduğunu ortaya qoyur. Qurban Məmmədovun “Facebook” üzərindən son videogörüntü paylaşımında isə o bəzi gənc müxalifətçilərin ona qarşı anormal fikirlər səsləndirməsinə reaksiya verib, amma bu reaksiyasının içində yenə də əsas həmkarlarına - Əli Kərimli, Cəmil Həsənli və digərlərinə söz atıb. Qurban Məmmədov deyib ki, ona qarşı aparılan kampaniyalar qarşısında susa da bilərdi, səslənən ittihamlara, aparılan kampaniyaya fikir verməyə də bilərdi: “Amma nəzərə alaq ki, baş verənlər yalnız mənə yönələn hadisə deyil, bu adamlar ictimai maraqlara elə böyük ziyan vurmağa cəhd etdilər ki... Deyəsən, nə etdiklərini heç özləri də anlamırlar. O boyda siyasi təcrübəsi olan Cəmil Həsənlilər, Gültəkinlər, Əli Kərimlilər və başqaları ictimai maraqlara bu qədər saymazyana yanaşırlar. Onlar veclərinə də almırlar ki, atdıqları addımlar ictimai şüura necə təsir edir. İctimai maraqlar bu addımlardan ziyan çəkəcək, ya yox? Bütün bunlar veclərinə də deyil. Mən bunu heç kəsə bağışlaya bilmərəm”.
3 saatlıq videoçıxışında Qurban Məmmədov bir sıra mətləblərə toxunub. O keçmiş səfirlik işçisi olmuş və hazırda Avropada siyasi sığınacaq alan Nahid Cəfərovdan tutmuş, həbsdə olan müxalifətçilərə yığılan yardımlar, bununla bağlı Zümrüd Qəhrəmanlının yanlış olaraq keçirdiyi tədbirə qədər hər birinə tənqidi formada toxunub. Ən maraqlı məqamlardan biri isə budur ki, Qurban Məmmədov AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həbsdə olmasının AXCP sədrinə sərf etdiyi iddiasındadır. O Fuad Qəhrəmanlının həyat yoldaşına müraciət edərək deyib: “Əvvəla, “Mən də varam” aksiyasına yardımları dayandırın. Bunu etməyiniz Nahid üçün çox faydalıdır, nəinki zərərli. O özü, hələlik bilmir nə edir... Zümrüd xanım isə keçirdiyi belə tədbirlərlə mahiyyətinə varmadığı bir prosesin içərisindədir. Zümrüd xanım, Fuad Qəhrəmanlı həbsdədir və o, Əli Kərimliyə görə həbs olunub. Onun həbsində şəxsən Əli Kərimlinin iştirakı var, tezliklə bunun sübutunu da görəcəksiniz. Əli Kərimli öz ətrafının həbs etdirilməsi ilə öz nüfuzunu qaldırır. Əvvəllər Əli Kərimlinin əsas müxalifət olmasını düşünürdüm, Nahid Cəfərovu dinləyəndən sonra şübhələnməyə başladım ki, bu, əslində, belə deyil”. Daha sonra Qurban Məmmədov deyir ki, son proseslər –aparılan kampaniyalar göstərdi ki, 25 ildir Əli Kərimli də başda olmaqla müxalifətin 90 faizi əsl müxalifət deyil: “İndiki proseslərdə isə Əli Kərimlinin başçılığı altında mənə qarşı aparılan kampaniya onun əsl müxalifət olmamasını sübut edir”. Qurban Məmmədov dönə-dönə vurğulayır ki, Əli Kərimli özü uzun illərdir belə fəaliyyəti ilə iqtidara işlədiyini göstərir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info