Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
Tarix: 17.10.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Enerji təhlükəsizliyinin təminatında Azərbaycanla birgə həyata keçirdiyi layihələrin əhəmiyyəti Türkiyə tərəfindən daim yüksək qiymətləndirilib. Reallaşan layihələrin Türkiyə üçün daşıdığı önəm yüksək dəyərləndirilib və birgə əməkdaşlığın növbəti nümunəsi kimi qiymətləndirilib. Həyata keçirilən layihələrlə bağlı qonşu ölkənin mediasında davamlı olaraq yazılar dərc edilib ki, burada ölkə üçün hansı üstünlüklər gətirəcəyi vurğulanıb. Məsələn, son zamanlar Türkiyə mediasında dərc edilən belə yazılardan bir qismində qeyd edilib ki, Türkiyənin "enerjidə ticarət mərkəzi" olması yolunda olduqca əhəmiyyətli bir layihə olan TANAP, bu ölkəni Şərq-Qərb arasında strateji ölkə mövqeyinə çatdıraraq enerji mənbələri idxalında xərci azaldacaq bir təsir yaradacaq. Yaxud digər bir layihə olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsi ilə bağlı “BTC neftin ürəyi oldu” başlıqlı yazılar dərc edilirdi.
Burada qeyd edilirdi ki, “Əsrin enerji layihəsi” olan və Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb. Bu günlərdə isə Türkiyə mediasında işıqlandırılan əsas mövzulardan biri “Star” neft emalı zavodunun açılışı ilə bağlıdır. Oktyabrın 19-da açılışı baş verəcək zavodun ölkə üçün əhəmiyyəti xüsusi vurğulanır. Yazılarda qeyd edilir ki, Türkiyənin maye yanacaq bazarındakı tələbi qarşılayacaq yeni investisiyalara ehtiyacı var. Bu sahədəki tələbin təxminən 55-60%-i idxalla aradan qaldırılır. Bu vəziyyət ölkə iqtisadiyyatının xarici ölkələrdən asılılığını artırır. Bu günlərdə ölkədə açılışı olacaq “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq.
“Milliyet.com.tr” saytında “Prezident Rəcəb Tayyib Ərdoğan İzmirə gəlir” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, 19 oktyabrda İzmirə gələrək bir sıra görüşlər keçirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan, həmkarı Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Aliağada SOCAR-ın 6,3 milyard dollarlıq investisiya dəyərində reallaşdırdığı “Star” neft emalı zavodunun açılış mərasiminə qatılacaq. Prezidentin proqramı ilə bağlı məlumat verən AK Partiya vilayət başçısı Aydın Şengül bildirib ki, “Prezidentimiz uzun bir fasilədən sonra vilayətimizi ziyarətə gəlir. Ən böyük investisiyaların qoyulduğu Aliağa qəsəbəsində “Star” neft emalı zavodunun açılışını həmkarı Prezident İlham Əliyevlə birgə həyata keçirəcək. Çox əhəmiyyətli bir layihədir, artıq idxal etdiyimiz bir çox məhsulu idxal etməyəcəyik və bu, iqtisadiyyata ciddi təsiri olacaq bir investisiyadır. Zavodun təməlini də iki lider birlikdə atmışdılar və cümə günü də birlikdə açılışını edəcəklər”.
“Yeniakit.com.tr” saytında isə “STAR”da ilk iş həftəsi” başlıqlı yazı dərc edilib. Burada göstərilir ki, Türkiyənin xarici ticarət kəsirini hər il 1,5 milyard dollar azaldacağı gözlənilən “Star” neft emalı zavodu cümə günü istehsal fəaliyyətlərinə başlayır. Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR-ın 6,3 milyard dollar investisiya qoyduğu neft emalı zavodu strukturda 20 fabrikə sahibdir. Ümumilikdə 1100 insanın çalışdığı “Star” neft emalı zavodu Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılacaq. Maliyyə naziri Berat Albayraq, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edəcəklər. SOCAR Türkiyənin idarə heyətinin sədri Vaqif Əliyev və baş direktoru Zaur Qəhrəmanov, “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter, Petkimin icraçı direktoru Anar Məmmədov və Petlimin icraçı direktoru Doğan Çırakoğlunun iştirakı ilə mərasimdə yer alacaq.

Zavod 10 milyon ton neft emal edəcək

2011-ci ildə Prezident Ərdoğan və Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 2 min 860 hektar ərazini əhatə edən “Star” neft emalı zavodu, 10 milyon ton xam neft emalına malikdir.
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter, müəssisənin SOCAR-ın Türkiyə üçün nəzərdə tutduğu 19,5 milyard dollarlıq investisiya planının əhəmiyyətli bir hissəsi olduğunu deyib. Müəssisənin sayəsində idxal edilən dizel yanacağının nisbətinin azalacağını deyən M.İlter qeyd edib ki, 2017-ci ildə istehlak edilən dizelin 56 faizini idxal etmişik: “Star”neft emalı zavodu 5 milyon ton dizel istehsalı ilə idxalı 40 faizdən də aşağı salacaq.
“Haberler.com” da dərc edilən “STAR neft emalı zavodu cümə günü açılır” başlıqlı yazıda göstərilir ki, 6,3 milyard dollar investisiya məbləği ilə tamamlanan və Türkiyənin emal olunmuş neft məhsulu ehtiyacının 25 faizindən çoxunu qarşılayacaq olan “Star” neft emalı zavodu açılır. Cümə günü reallaşacaq açılışa iki dövlətin lideri ilə yanaşı, nazirlər, türk və azərbaycanlı enerji şirkətləri qatılacaq. Türkiyədə özəl sektorun eyni sahəyə qoyduğu ən böyük investisiya olan “Star” neft emalı zavodu 7 ildə başa çatıb. 10 milyon ton xam neft emalı imkanına malik “Star” neft emalı zavodu İspaniyanın “Tecnicas Reunidas”, İtaliyanın “Saipem”, Cənubi Koreyanın “GS Engineering” və Yaponiyanın ITOCHU şirkətlərindən ibarət beynəlxalq konsorsium tərəfindən tikilib. Müəssisə açıldıqdan sonra zavodda birbaşa 1100 nəfər işlə təmin ediləcək. Fərqli xam neft növlərinin emal texnologiyası və təxminən 1 milyon 640 min kubmetr saxlama həcmi ilə “Star” neft emalı zavodu Türkiyənin rəqabət gücünü də artıracaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info