ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
Tarix: 18.10.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər



ABŞ-ın BMT yanında daimi nümayəndəliyinin təşkil etdiyi Kubaya aid tədbirdə ABŞ nümayəndəsinin çıxışı kubalı diplomatların səs-küylü etirazına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ı təmsil edən səfir Kelli Körrinin çıxışı zamanı kubalı diplomatlar ABŞ-ın Kubaya qarşı blokadasına etiraz olaraq əllərini masaya vuraraq “Kubaya HƏ, blokadaya YOX” şüarını səsləndiriblər.
Kelli Körri bir neçə dəfə BMT-nin təhlükəsizlik xidmətinin əməkdaşlarından kubalıları otaqdan çıxarmalarını xahiş edib. Lakin onlar heç bir müdaxilə etməyiblər. Çünki BMT-nin təhlükəsizlik xidmətinin protokoluna əsasən, akkreditə olunmuş diplomatların toxunulmazlıq hüququ var. Kubalı diplomatlar da BMT tərəfindən akkreditə olunduqlarına görə, onlar toxunulmaz hesab olunur və onlara qarşı heç bir fiziki güç tətbiq edilə bilməz.
Geniş nitqində ABŞ nümayəndəsi Kubada siyasi məhbusların olduğunu vurğulayıb və bu ölkənin hökumətini sərt tənqid edib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib
24.08.2019
Donald Tramp Çin mәhsullarına rüsumları artırmağı planlaşdırır
24.08.2019
Türkiyә ‘‘Pәncә 3’’ әmәliyyatına başladı
24.08.2019
İran yeni raketini sınaqdan keçirib
24.08.2019
Amerikanın “Avraam Linkoln” gəmisində qəza başa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info