“Hər il Avropa və dünya çempionatlarında iştirak edərək uğurlar əldə etmişik“
Tarix: 18.10.2018 | Saat: 11:58:00 | E-mail | Çapa göndər


13-14 oktyabrda Çexiyanın Ostava şəhərində keçirilən Kombat Ciu-citsu üzrə dünya çempionatı keçirildi. Azərbaycan milli komandasını 7 nəfər təmsil edirdi.İdmançılarımız çempionatın "full contact" və "police self defense" növlərində iştirak etdilər. Komandamızın baş məşqçisi, DİN-nin idman cəmiyyətinin əməkdaşı, Əməkdar məşqçi Rəsul Məmmədov saytımıza açıqlamasında bildirdi ki, Kombat Ciu-citsu yapon idman döyüş növüdür. Bu döyüş növü xüsusilə dünyada polislərin, cangüdənləri, hərbiçilərin, xüsusi təyinatlıların arasında geniş yayılmışdır. Hətta bir çox güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınmışdır. İdmançılarımızın tam heyəti DIN-nin idman cəmiyyətinin yetirmələridir. Komandamızda polis əməkdaşları da var. Baş dövlət yol polis idarəsinin əməkdaşları polis kapitanı Fərid Mayılov və Əliyev Süleyman "Police self defense" növündə birinci yerləri tutublar. DİN-nin idman cəmiyyətin təmsilçisi Nazim Qasımov 77 kq çəki dərəcəsində 3-cü yeri tutubdur.

Həmçinin Rəsul Məmmədov bildirib ki; Hər il Kombat Ciu-citsu üzrə Avropa və dünya çempionatlarında iştirak edərək nəticələr əldə edirik. Elə bu ildə bizim üçün çox uğurlu il oldu və mən ümid edirəm ki biz ildən ilə medallarımızın sayını daha çox edəcəyik. Komandanızın adından Daxili işlər nazirliyinin rəhbərliyinə, Baş dövlət yol polis idarəsinin rəhbərliyinə, DİN-nin idman cəmiyyətinin rəhbərliyinə, Gənclər və idman nazirliyinə 2018-ci ilin dünya çempionatının hazırlığımıza və iştirakımıza görə dərin təşəkkürümüzü bildiririk.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Neymar “Barcelona“ya müraciət etdi
25.08.2019
Levandovskinin het-triki “Bavariya”ya üç xal qazandırıb
24.08.2019
“Liverpul” “Arsenal”ı məğlub edib
24.08.2019
Neymar PSJ ilə yaxınlaşmaq niyyətindədir
24.08.2019
“Barselona“ “Yuventus“un futbolçusunu alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info