Bakıda ilk Milli Turizm Sammiti keçirilir
Tarix: 18.10.2018 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edir.
Tədbiri açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu gün geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir.
Sonra Azərbaycanın yeni turizm brendi təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının qərarı ilə iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən turizm dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkətlərin, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.
Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info