Camal Kaşıkçının qətlində şübhəli bilinən şəxs avtomobil qəzasında ölüb
Tarix: 18.10.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsində şübhəli bilinən şəxslərdən biri Ər-Riyadda müəmmalı yol-nəqliyyat hadisəsi zamanı həlak olub. “Yeni Şafak” qəzeti xəbər verir ki, Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin leytenantı Meşal Saad Əl Bostani oktyabrın 2-də Krallığın 14 vətəndaşı ilə birgə Türkiyəyə gəlib. Həmin qrup jurnalistin öldürülməsində şübhəli bilinir. Hələlik qəzanın baş verdiyi yer və zaman barədə məlumat verilmir.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu Krallığın İstanbuldakı baş konsulluğuna baxış keçirib və konsulun iqamətgahında axtarış aparıb. Təhqiqatın nəticələri hələlik açıqlanmır.
Bəzi KİV-lərin yaydığı məlumata əsasən, jurnalist diplomatik missiyanın binasında qətlə yetirilib. Bununla bağlı Türkiyə tərəfində səs və video yazılar olduğu iddia edilir.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info