Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir
Tarix: 18.10.2018 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Çinin paytaxtı Pekində Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçirilən builki iclasda dünyanın 40-dan çox ölkəsindən dövlət rəsmiləri, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları daxil olmaqla, ümumilikdə, mindən çox nümayəndə iştirak edir.
Azərbaycanı bu beynəlxalq forumda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasın açılış mərasimində çıxış edən Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxuyub. O, forumun müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün yaxşı platforma olduğunu deyib.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan-Çin münasibətlərinin böyük tarixi olduğunu diqqətə çatdıran Əli Əhmədov deyib ki, ölkəmiz Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyət verir. Möhkəm təməllər üzərində qurulan, dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin əlaqələrini hazırda dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək olar.
Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.
Qeyd olunub ki, tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçilib. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.
Dünyada bir çox ölkələrin dinlərarası qarşıdurma, separatizm, etnik təmizləmə, terrorizm kimi müxtəlif narahatlıqlarla üzləşdiyini bildirən Əli Əhmədov diqqətə çatdırıb ki, qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan ümid edir ki, haqq-ədalət təmin olunacaq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilməklə, torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib.
Dünyanı narahat edən mövzuların müzakirəyə çıxarıldığı Tayhu Forumunun əhəmiyyətini qeyd edən Baş nazirin müavini deyib ki, birgə xoşbəxt gələcəyin qurulması hər kəsi düşündürən məsələ olmalıdır.
Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr aparılır.
Forumun liderlər panelində çıxış edən Əli Əhmədov Azərbaycanın iqtisadi inkişafından, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun dərinləşməsi ilə bağlı gördüyü işlərdən danışıb, bu istiqamətdə Azərbaycanda keçirilən beynəlxalq tədbirləri qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə icra olunan irimiqyaslı enerji və nəqliyyat layihələri, o cümlədən Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars layihəsi ölkəmizin regional və beynəlxalq əməkdaşlığa və inkişafa verdiyi böyük töhfələrdəndir.
Baş nazirin müavini Çin təbabəti mədəniyyətinin inkişafı ilə bağlı bölmə iclasında çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, müasir dövrdə iki ölkənin münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində inkişafından danışıb.
Azərbaycan nümayəndə heyətinin digər üzvləri də iclasın müxtəlif mövzularda bölmə iclaslarında məruzəçi qismində çıxış ediblər. Nümayəndə heyəti Pekində İmperator sarayı (Ququn sarayı) və Saray muzeyi ilə tanış olub. Qeyd edək ki, Çin dövlətinin dəstəyi ilə 2008-ci ildə yaradılan yüksək səviyyəli beynəlxalq mədəniyyət forumu olan Tayhunun 2011-ci ildən illik iclasları keçirilir. İllik iclas Çinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tayhu Dünya Mədəniyyəti Forumu və nüfuzlu “China Daily” qəzeti tərəfindən təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info