Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
Tarix: 18.10.2018 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradıldığını bildirib. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir. Lənkəran DAİM-in əməkdaşlarının sayı 58 nəfərdir. Mərkəzin inzibati binasının 1464 kvadratmetr sahəsi var, bundan başda, 240 kvadratmetr ərazidə yardımçı tikililər yerləşir. Üç mərtəbəli binada 39 otaq var.
Anar Hüseynov qeyd edib ki, Lənkəran DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Lənkəran Regional Aqrokimya Laboratoriyası əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyası təşkil edilir, toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma həyata keçirilir.
Nazirlik rəsmisinin sözlərinə görə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Təqdimat çərçivəsində media nümayəndələri Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info